“Kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikalarında həyata keçirilir”
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“2025-ci ildən etibarən kistoz fibroz xəstələrinin tibbi təminatında əlavə bir yenilik həyata keçirilib. Belə ki, mukovissidoz xəstələrində qidalı maddələrin sorulmasında olan defisiti kompensasiya etmək məqsədilə balanslaşdırılmış tibbi enteral qida məhsullarının təminatına başlanıb”.
Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikaları vasitəsilə həyata keçirilir:
“Ölkə üzrə 77 nəfər kistoz fibroz xəstəsi qeydiyyatdadır ki, onlardan 70 nəfəri 18 yaşa qədər uşaqlar, 7 nəfəri isə 18 yaşdan yuxarı şəxslərdir.
2025-ci ilədək ölkədə bütün kistoz fibroz xəstələrinin, o cümlədən 18 yaşdan yuxarı şəxslərin dərman təminatı Respublika Pediatriya Mərkəzi tərəfindən həyata keçirilirdi. Bu isə xüsusilə regionlarda yaşayan xəstələr üçün uzun məsafə qət etmək, vaxt itkisi və əlavə çətinliklər yaradırdı. 2025-ci ildən başlayaraq yeni yanaşma tətbiq edilir. Belə ki, 18 yaşdan yuxarı kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikaları vasitəsilə həyata keçirilir. Bu dəyişiklik xəstələrə daha əlçatan, operativ və rahat tibbi xidmət göstərilməsinə imkan yaradıb”.
Baxış sayı:71
Bu xəbər 19 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















