Icma.az
close
up
RU
Kitab uşağı maraqlandırmalı, yoxsa qorxutmamalıdır?

Kitab uşağı maraqlandırmalı, yoxsa qorxutmamalıdır?

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Uşaqların üzərinə yüklənən təhsil: Dolu siniflər, ağır dərsliklər və itirilən uşaqlıq

Dünyada təhsil sistemləri durmadan dəyişir. Müasir texnologiyalar, yeni metodikalar və rəqəmsal resurslar sayəsində öyrənmə prosesi asanlaşmalı idi. Amma təəssüf ki, bizdə təhsildə aparılan dəyişikliklər çox vaxt uşağın rifahına deyil, yalnız formal nəticələrə yönəlir. Bu gün Azərbaycanda həm müəllim, həm valideyn, həm də şagird eyni sualı düşünür: “Niyə öyrənmək get-gedə daha çətin, daha yorucu və daha anlaşılmaz olur?”
Cavab sadədir — sistem uşağın üzərinə çox yük qoyur, amma bu yük bilik deyil, təzyiq yüküdür.

Siniflər doludur, müəllimlər çaşqın, uşaqlar yorğun

Bir çox məktəblərdə siniflərdə 30-dan 45-ə qədər şagird təhsil alır. Bu, pedaqoji baxımdan nə qədər səmərəsiz olduğunu göstərmək üçün böyük araşdırma lazım deyil. Hər bir şagirdin fərqli düşüncə tərzi, anlama sürəti və emosional reaksiyası var. Müəllim isə bu qədər uşaq arasında fərdi yanaşma göstərə bilmir. 45 dəqiqəlik dərs müddətində müəllim ən yaxşı halda 10-12 uşağın cavabını dinləyə bilər. Qalan 30 nəfər isə ya passiv qalır, ya da mövzunu tam qavramadan növbəti dərsə keçir. Bu da dərsin keyfiyyətini aşağı salır, uşaqlarda öyrənməyə qarşı maraq itkisinə və zəif biliyə səbəb olur. Belə sinifdə müəllim nə qədər bacarıqlı olsa da, dərsin tədrisi “bilik ötürməkdən” çox “vaxt bitirmək” xarakteri daşıyır.

Dərsliklər uşaqların deyil, alimlərin dili ilə yazılıb

Təhsilin başqa bir ağrılı nöqtəsi — dərsliklərin dili və izah tərzidir. Dərsliklər çox vaxt akademik və quru üslubdadır. Mövzular uşağın yaşına, düşüncə səviyyəsinə uyğun şəkildə deyil, elmi terminologiya ilə yüklənmiş şəkildə təqdim olunur. Valideynlər çox vaxt etiraf edir: “Biz belə oxumamışıq, uşağın dərsini özümüz də anlamırıq.” Əgər böyüklər başa düşmürsə, uşaq necə başa düşsün?

Bu səbəbdən bir çox valideynlər əlavə kurslar və repetitorlara müraciət edir. Bu da həm ailənin maddi yükünü artırır, həm də uşağın istirahət vaxtını əlindən alır.

Təzyiq altında öyrənən uşaq bilikli yox, qorxulu böyüyür

Uşaqlara bu qədər dərs yükü, tapşırıq, imtahan təzyiqi altında “öyrənməyi” öyrətmək doğru deyil. Uşaqlar artıq dərsdən qorxurlar. Hər gün ev tapşırıqları, testlər, imtahanlar arasında boğulan uşaq öyrənmənin sevincini deyil, qorxusunu yaşayır.

Valideynlər və müəllimlər bəzən bilmədən uşaqları “balaca alimlər” kimi yetişdirmək istəyir, amma unudurlar ki, beyni yüklənmiş uşaq oxumağı sevmir. O, sadəcə məcbur olur. Təzyiq altında öyrənilən bilik isə qalıcı olmur.

Müəllim – sistemin ən çox sıxılan halqası

Müəllimlər də bu sistemin içində sıxılır. Dolu siniflər, ağır proqram, daim dəyişən kurikulum, inzibati hesabatlar və valideyn təzyiqləri arasında müəllim də yorulur.

Müəllim həm psixoloq, həm tərbiyəçi, həm də “baza nəticəsi təmin edən” şəxsə çevrilib. Halbuki müəllim yaradıcı olmalı, uşağa motivasiya verməli, onu öyrənməyə həvəsləndirməlidir. Əgər müəllim motivasiyasını itirirsə, uşağın maraqlı olması da mümkünsüz olur.

Təhsil yalnız qiymət deyil — həyat bacarığıdır

Təhsil sistemimiz çox vaxt “qiymət mərkəzli” qurulub. Uşaq “neçə bal aldı?”, “imtahanda neçə faiz topladı?” kimi suallarla ölçülür.

Halbuki əsas sual bu olmalıdır:

“Uşaq öyrəndiyini həyatda tətbiq edə bilir mi?”

Uşaq əzbərləyir, amma dərk etmir.

Testdə cavab yazır, amma həyatla əlaqə qura bilmir.

Bu, təhsil deyil — bu, mexaniki yarışdır.

Nə etmək lazımdır?

Təhsil sistemini uşağın ehtiyacına uyğunlaşdırmaq üçün ciddi və mərhələli addımlar atılmalıdır:

1. Siniflərdə şagird sayı azaldılmalıdır.

Hər sinif maksimum 20-25 nəfərlə məhdudlaşdırılmalıdır. Uşaqla fərdi işləmək üçün müəllimə zaman verilməlidir.

2. Dərs müddətləri və proqram balansı yenilənməlidir.

45 dəqiqəlik dərs bütün fənlər üçün uyğun deyil. İntensiv fənlərdə fasiləli, oyunla və tətbiqlə öyrənmə sisteminə keçilməlidir.

3. Dərsliklər yenidən yazılmalıdır.

Sadə, anlaşılan, rəngli izahlar, praktik nümunələr və uşağın yaşına uyğun dil əsas götürülməlidir.

Kitab uşağı maraqlandırmalı, yoxsa qorxutmamalıdır.

4. Müəllimlər üçün davamlı inkişaf proqramları olmalıdır.

Müasir tədris metodları, fərdi öyrənmə texnikaları, uşağın psixoloji inkişafını nəzərə alan yanaşmalar mütləq tətbiq edilməlidir.

5. Uşağın psixoloji rifahı prioritet olmalıdır.

Məktəblərdə psixoloq və sosial pedaqoqlar daha aktiv rol almalı, uşaqların stres, qorxu və təzyiq vəziyyətləri izlənilməlidir.

Uşaqların uşaqlığını geri qaytarılmalıdır

Uşaqlıq — öyrənmənin, marağın və xəyalın ən saf dövrüdür.

Biz bu dövrü “imtahan nəticələri” və “yüksek bal” yarışında itiririk.

Təhsil uşağı formalaşdırmalıdır, sıxmamalıdır. Əgər bir uşaq məktəbə sevinərək gedirsə, deməli sistem doğrudur. Əgər o, səhər məktəbə qorxaraq gedirsə, biz nəyisə səhv etmişik.

Gəlin uşaqlara “oxumağı sevdirməyi” öyrədək, sadəcə “imtahan keçməyi” yox. Çünki sabahın savadlı, azad və düşünən insanı - bu günün rahat və xoşbəxt uşağıdır.

Vüqar Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri