Icma.az
close
up
RU
Kitabı necə oxuyaq? Ənənəvi üsul onlayn kitab oxumaq üsulundan daha faydalıdır

Kitabı necə oxuyaq? Ənənəvi üsul onlayn kitab oxumaq üsulundan daha faydalıdır

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnformasiya mühitində baş verən dəyişikliklər insanların, xüsusən də gənclərin oxu vərdişlərinin dəyişməsinə səbəb olub.

Keçmişə baxsaq gənclərin əlində müxtəlif kitab, qəzet və jurnal görürdük. Hər gün qəzet köşklərinə baş çəkər, müxtəlif kitabxanalarda saatlarla məlumat əldə etmək üçün qalın kitabları vərəqləyirdilər, əllərində ağır kitablar daşıyırdılar. İndi isə gənclərin əlində kitabdan çox rəqəmsal alətlər görürük. Çünki artıq rəqəmsallıq dövrüdür. Texnoloji yeniliklərin inkişafı oxucular üçün elektron oxu imkanını qazandırdı. Artıq kitab, qəzet və digər oxu vasitələrinin elektron forması mövcuddur ki, bu da hər kəs üçün əlçatan vasitəyə çevrilib.

Bu dəyişiklik təhsil sektorunda da özünü qabarıq şəkildə göstərir. Artıq dərsliklərin, test vəsaitlərinin və müxtəlif əlavə materialların elektron versiyaları mövcuddur. Gənclər üçün vaxt itkisini minimuma endirən, istənilən yerdə oxumağa imkan verən bu vasitələr ənənəvi çap məhsullarına olan tələbatı nəzərəçarpacaq dərəcədə azaldıb. O zaman belə bir sual ortaya çıxır; hansı faktorlara görə gənclər ənənəvi oxu mədəniyyətindən uzaqlaşırlar?

Təhsil eksperti Rizvan Fikrətoğlu Avtosfer.az-a  açıqlamasında bildirib ki, gənclər uzun mətn oxumaqdansa, vizual və qısa formatda informasiyaya üstünlük verirlər: “Rəqəmsal mühit beyini tez-tez dəyişən informasiyaya öyrədir. Uzun müddət konsentrasiya tələb edən kitab oxuma prosesini rəqəmsal mühit çətinləşdirir. Bir çox gənc çap məhsullarını müasir informasiya tələblərinə uyğun görmür. Onlar üçün telefon, planşet daha praktik və cəlbedici hesab olunur. Evdə valideynlər kitab oxumursa, uşaq və yeniyetmədə də bu vərdiş yaranmır. Çünki uşaq adətən evdəki mühiti götürmüş olur.

Oxu ənənəsi nə qədər erkən yaşda verilsə, davamlılığı bir o qədər də güclü olur. Oxu prosesindən zövq almaq əvəzinə gənclər bunu tapşırıq kimi bunu qəbul edirlər. Həmçinin, hazırlıq kursları, imtahana düşən fənlərin çoxluğu, gündəlik məşğəllər vaxtı da azaldır. Kitabların qiyməti çox gənclər üçün baha kimi görünür. Qəzetlərə də maraq azdır, həm də onların satışı əvvəlki kimi deyil. Kompüter oyunları, sosial media, seriallar, musiqi platformaları gənclərin boş vaxtlarını tam doldurmuş olur. Bu mühitlərdən alınan ani enerji kitab oxumağı demək olar ki, azaldır”.

Maraqlıdır, bəs görəsən sadalanan səbəblərə görə elektron oxu ənənəvi oxunu kölgədə qoyaraq onu tam əvəz edə bilərmi? 

Ekspert bununla bağlı bildirdi ki,  ümumi mənada əvəz edə bilər, amma tam şəkildə yox: “Elektron kitablar və audio kitablar oxu mədəniyyətinin məzmununu dəyişir. Lakin hesab edirəm ki, onu tamamilə sıradan çıxarmır. Elektron kitablarda rahatlıq, əlçatanlıq, vaxt qənaəti, büdcəyə uyğunluq var deyə elektron kitablar və audio kitablar ənənəvi oxunu müəyyən qədər əvəz edə bilər. Qəzətlərə gəlincə, onlayn xəbər portalları artıq klasik qəzet funksiyasını demək olar ki, tam əvəz edir. Amma tam əvəz edə bilməyən tərəflər nədir? Dərin diqqət və yaddaş, kitab atmosferi və emosional bağlılıq, texnoloji yorğunluq var ki, bunları tam əvəz edə bilmir. Araşdırmalar göstərir ki, kağız üzərində oxunan məlumat daha yaxşı yadda qalır, daha dərin təhlillər yaradır. Bəzi oxucular üçün səhifə çevirmək hissi oxu prosesinin bir hissəsidir. Elektron mühit bu hissi tam vermir”.

Müasir təhsil proqramları və məktəb mühiti gənclərin oxu vərdişinin formalaşmasına təsir edən amillərdəndir. Ekspert Rizvan Fikrətoğlu bildirib ki, bu sahədə bəzi çatışmazlıqlar müşahidə olunur: “Müasir təhsil proqramları və məktəb mühiti oxu vərdişlərinin formalaşmasında çox böyük rol oynayır, lakin real vəziyyətdə bu təhsil yetərincə güclü deyil. Təhsil proqramlarının mövcud problemləri var. Təhsil proqramı şagidlərə oxu bacarağı qazandırmalı, mətn analiz etmək və tənqidi düşünmək vərdişlərinə imkan verməlidir. Amma çatışmazlıq var. Oxu əsərlərinin çoxu şagirdlərin maraq dairəsinə uyğun gəlmir. Şagird oxunu zövq kimi yox, tapşırıq kimi qəbul edir. Yaşa uyğun kitablar kifayət qədər inteqrasiya olunmur. Bu isə dərin oxunu zəiflədir. Məktəblərdə müntəzəm olaraq oxu saatlari yoxdur. Bir çox müəllimlər özləri mütailə etmir. Buna görə də, şagirdlərdə motivasiya yarada bilmirlər. Oxu fəaliyyətləri yaradıcı deyil, müzakirə, təqdimat, debat metodları çox az tətbiq olunur. Kitab fondları köhnəlir, yenilənmir. Hazırlıqlar, repititorlar, qiymətləndirmə sistemi şagirdin vaxtını demək olar ki, tam doldurur. Onun vaxtı oxuya deyil, dərs üçün fokuslanır”.

Məsələ burasındadır ki, rəqəmsal mühitin cəlbediciliyi gənclərin oxu davranışına psixoloji və sosial baxımdan da təsir göstərir. Bəs görəsən, gənclərin elektron oxuya üstünlük verməsi onların psixoloji durumuna və qavrama qabiliyyətinə hər hansı təsir göstərirmi? Ənənəvi kitab oxuma ilə rəqəmsal oxu arasında psixoloji fərq varmı?

Klinik psixoloq Gülşən Rüstəmova Avtosfer.az-a bildirib ki, əgər əsas məqsəd qavrama və məlumatı düzgün mənimsəməkdirsə, gənclərin ənənəvi və ya elektron oxuya üstünlük verməsinin heç bir fərqi yoxdur: “İnsanda oxumaq vərdişi varsa bunun fərqi yoxdur. Kitabdan oxuyur, internetdən oxuyur, online kitab oxuyur, audio kitab oxuyur və s. Çünki insanların temperamentləri fərqli olduğuna görə onlar informasiya kanallarını müxtəlif cür istifadə edir və bu çox təbii haldır. Amma sırf oxumaq vərdişi motorikanı inkişaf elətdirir desək, məsələyə bu kontekstdən yanaşsaq, motorikanı biz digər üsullarla da inkişaf etdirə bilərik. Təkcə kitab səhifəsi çevirməyə ehtiyac qalmır. Düşünürəm və gördüyüm nəticələrdən belə anlayıram ki, insanlarda oxumağa vərdiş daha çoxdur və insanlar bunu müzakirə edirlər. Son zamanlar ölkəmizdə klublar yaranıb. Orada hansısa kitabı müxtəlif insanlar müəyyən bir vaxt çərçivəsində oxuyub müzakirəyə çıxarır. İndi insanlar sosial şəbəkələrdə kitab almağı ilə həm nümunə göstərirlər, həm fəxr eləyirlər, bunu paylaşırlar. Vizualist bir insan daha çox vərəqdən, kitabdan və yaxud da ki, elektron kitabdan oxumaq istəyəcək. Çünki onun qəbul kanalı daha çox gördüklərindəndir. Yəni, insanın temperamentindən asılıdır və vərdiş etdiyi bir şey bunun psixolojiyasına mənfi təsir edəcək deyə bir şey yoxdur. Əksinə, insanın öz temperamentinə uyğun olmayan davranış onun psixolojiyasına mənfi təsir göstərir. Əgər qavramaq önəmlidirsə, qavrayışa önəm verilirsə bunun heç bir fərqi yoxdur”.

Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri