KİV: Qəzzada xəstəxanalar ciddi dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz üzə qalıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Qəzza zolağındakı xəstəxanalar ciddi dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qalıb.
APA xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, Qəzza xəstəxanalarında əsas dərman ehtiyatları tamamilə tükənib. Xüsusilə, birinci dərəcəli tibbi ləvazimatların 59%-i, xərçəng və qan xəstəliklərinə qarşı dərmanların isə 54%-i qurtarıb.
Hazırda 80 mindən çox şəkərli diabet xəstəsi və yüksək qan təzyiqindən əziyyət çəkən 110 min şəxs həyati vacib dərmanları ala bilmir.
Qəzza Səhiyyə Nazirliyi bu böhranın əsas səbəbinin İsrailin anklava giriş məntəqələrini bağlaması, xəstəxana və klinikalar üçün nəzərdə tutulan humanitar, o cümlədən tibbi yardımların qarşısını alması olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Aprel 2025 07:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















