KİV: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
“Report”un xəbərinə görə, bu barədə Liviyanın “Al Mayadeen” televiziyası məlumat yayıb.
Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.
Qətərin “Al Jazeera” telekanalı 3 noyabrda Qəzza sektorunda 182 jurnalistin həlak olduğunu bildirmişdi. Televiziya kanalı həmçinin, bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.
Yaxın Şərqdə vəziyyət 2023-cü ilin 7 oktyabrında Fələstiinin radikal HƏMAS hərəkatının Qəzza sektorundan İsrailə keçərək sərhəd bölgələrindəki yaşayış məntəqələrindəki sakinləri öldürməsi və girov götürməsindən sonra kəskinləşib. İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və bütün girovların azad olunması məqsədilə Qəzza bölgəsində əməliyyata başlayıb.
Baxış sayı:87
Bu xəbər 10 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















