Icma.az
close
up
RU
KİV: Ronaldo islamı qəbul edir FOTOLAR

KİV: Ronaldo islamı qəbul edir FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldo dini baxışlarını dəyişməyə hazırdır.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun İslamı qəbul edəcəyi gözlənilir.

40 yaşlı oyunçunun 2023-cü ildən yaşadığı ölkədəki davranışları və komanda yoldaşlarının ifadələri onun tezliklə müsəlman ola biləcəyini göstərir.

“Əl-Nəsr”in sabiq qapıçısı Valid Abdulla Portuqaliya milli komandası üzvünün İslama maraq göstərdiyini açıqlayıb.

“Ronaldo həqiqətən İslamı qəbul etmək istəyir. Onunla bu barədə danışdım və o, maraq göstərməyə başladı. Ronaldo artıq qol vurduqdan sonra meydanda səcdə edib. O, komanda yoldaşlarını namaz qılmağa və dinin qaydalarına əməl etməyə çağırır”, – deyə Abdulla “Al-Hissa Al-Akhira Moroccoworldnews” nəşrinə müsahibəsində deyib.

Valid Abdulla həmçinin Ronaldonun tez-tez İslam barədə öyrənmək üçün ona yaxınlaşdığını bildirib.

Hələ 2023-cü ilin mayında Ronaldonun bəzi qol sevinclərində İslam adətlərinə uyğun hərəkətlər etdiyi görünüb. Portuqaliyalı “Əl-Şəbab”a qol vurduqdan sonra müsəlmanların adətən namaz zamanı etdiyi səcdə hərəkətini göstərib.

2024-cü ilin martında mətbuat konfransında Kriştianu Ronaldo “Əl-Nəsr” qalib gələcək. Remontada, inşallah” sözlərini deyib.

View this post on Instagram

A post shared by Cristiano Ronaldo (@cristiano)

Ronaldo bu il İslama münasibətini bir daha nümayiş etdirərək bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

“Hər kəsə mübarək Fitr bayramı arzulayıram! Bu xüsusi dövr sizə və yaxınlarınıza sevinc, sülh və xoşbəxtlik gətirsin”, – o, sosial şəbəkə hesabında yazıb.

Kriştianu Ronaldonun qərarına ciddi təsir edə biləcək digər amil sevgilisi Corcina Rodrigeslə münasibətidir. Argentinalı model 2023-cü ildə açıq-saçıq geyimlərinə görə qalmaqalla üzləşib. O, hətta oyunların birində stadionu tərk etmək məcburiyyətində qalıb.

Lakin 2024-cü ilin martına qədər Rodriges yerli adət-ənənələrə uyğunlaşmağa başlayıb. O, sosial şəbəkələrdəki paylaşımlarına əsasən, oruc tutmaq üçün çəkilişlərini dayandırıb.

Ronaldo katolik olmaqda davam edir. Ulduz futbolçu 2024-cü il Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında penaltilər seriyası zamanı xaç işarəsini etdikdən sonra səcdəyə oturub.

Qeyd edək ki, Kriştianu Ronaldo cari mövsüm ərzində “Əl-Nəsr”lə keçirdiyi 34 oyunda 30 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see305

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see285

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see280

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see273

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see266

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see259

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see259

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see256

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see255

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see247

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see224

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see218

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see217

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see217

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see217

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see217

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see215

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see210

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see205

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri