Icma.az
close
up
RU
Kiyev ağır seçim qarşısında: Çətin şərtlərlə sülhə doğru Detallar

Kiyev ağır seçim qarşısında: Çətin şərtlərlə sülhə doğru Detallar

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya–Ukrayna müharibəsinin gedişində sülh danışıqları istiqamətində hərəkətlənmə müşahidə olunur. Tramp administrasiyasının təqdim etdiyi sülh planı Ukraynanı və avropalı müttəfiqləri tam razı salmadığından Kiyev və Vaşinqton Cenevrədə sənəd üzərində işləyərək yenilənmiş variant hazırlayıb. Hazırkı mərhələdə tərəflər bu variantı daha məqbul hesab edirlər.

Kiyevin əsas tələbləri iki istiqamətdə cəmlənir:

- Rusiya aqressiyasından etibarlı təhlükəsizlik təminatları,
- Ərazi bütövlüyü ilə bağlı aydın mexanizmlər.

ABŞ dövlət katibi Mark Rubio bəyan edib ki, qalan məsələlər noyabrın 27-dək razılaşdırıla bilər, lakin prosesi uzadan fundamental məqamlar – təhlükəsizlik zəmanətləri və ərazi məsələləridir. Vaşinqton eyni zamanda Avropa İttifaqının (Aİ) mövqeyini də nəzərə almağa çalışır.

Aİ-nin alternativ sənədi

Avropa İttifaqı münaqişənin həlli ilə bağlı 24 bəndlik alternativ sənəd hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edib. Bu sənəd Trampın planından ciddi şəkildə fərqlənmir, ancaq Aİ Ukraynanın təhlükəsizliyinin NATO və ya Avropa İttifaqına üzvlük yolu ilə təmin edilə biləcəyini açıq şəkildə vurğulayır. Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinə və müdafiə sənayesinə məhdudiyyətsiz dəstək, ölkənin tam bərpası, həmçinin Rusiya aktivlərinin dondurulması kimi maddələr yer alır.

Dayanıqlı sülh əldə olunacağı təqdirdə Moskvaya qarşı sanksiyalar mərhələli şəkildə yumşaldıla, razılaşma pozularsa, yenidən tətbiq oluna bilər.

Risklər və maneələr

Hər iki sənəd müharibənin tam və dayanıqlı şəkildə bitməsi üçün yetərli deyil. Ən böyük problemlər sülhü təmin edən mexanizmlərin zəifliyi; Rusiyanın razılaşmaya əməl edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik; müddət və icra mexanizmlərinin qeyri-şəffaflığı ilə bağlıdır.

Potensial pozitiv ssenari

Ukrayna etibarlı təhlükəsizlik təminatları əldə edəcəyi təqdirdə “dondurulmuş münaqişə” fazasında sürətli bərpa və yenidənqurma işlərinə başlaya, iqtisadi sabitlik qazanaraq siyasi riskləri azalda, xarici investisiya və təhlükəsizlik tərəfdaşlığı genişlənə bilər. Bu da öz növbəsində Ukraynanın uzunmüddətli perspektivdə mövqelərini gücləndirməklə digər hədəflərinə də nail olmasına geniş imkanlar yarada bilər. Bunun üçün İkinci Dünya Müharibəsi dövründə SSRİ-Finlandiya, SSRİ-Almaniya, SSRİ-Yaponiya təcrübəsinə nəzər salmaq yetər.

Moskva İkinci Dünya Müharibəsinin yekununda qalib olsa da, hədəflərinə nail ola bilmədi. 45 ildən sonra parçalanmış Almaniya yenidən birləşdi. Finlandiya və Yaponiya dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qalxdı. Uğursuz daxili və xarici siyasəti nəticəsində SSRİ 1991-ci ildə rəsmi olaraq iflasa uğradı. Özünü SSRİ-nin varisi elan edən Rusiya qlobal təhlükəsizlik sisteminə təhdid yaratsa da, bugünkü reallıqlar nəticəsində iqtisadi cəhətdən inkişaf edib insanlarının sosial rifah halında yaşayacağı modern bir ölkəyə çevrilməsi inandırıcı deyil. Çünki Rusiyanın iqtisadi və institusional cəhətdən dayanıqlı inkişaf modeli yoxdur.

Digər mühüm məqam isə korrupsiya, rüşvət və idarəetmədəki çatışmazlıqlar, eyni zamanda ölkəni idarə edənlərin imperiya düşüncələrindən xilas ola bilməməsi, Rusiyanın sivil və modern ölkəyə çevrilməsinə ciddi maneə yaradır. Təbii ki, bu amillər də Moskvaya uzunmüddətli və kompleks sülh öhdəliklərini icra etməkdə çətinlik yaradır. Kiyevi və Avropanı da narahat edən məsələ budur. Amma indiki şəraitdə Ukraynanın Rusiya cəbhəsində uğurlar əldə edərək hədəflərə nail olması mümkünsüz görünür. Qərbin dəstəyinə baxmayaraq Kiyev müharibə də hələ də ciddi dəyişiklik əldə edə bilmir. Qərbdən aldığı dəstəklə Ukrayna ordusu yalnız rus ordusunun sürətli əks-hücum əməliyyatının qarşısını ala bilir. Rus ordusu zamanla işğal ərazisini genişləndirir və Qərb də bunu görür. Cəbhədə ciddi dönüşün olmaması, kollektiv Qərbin Ukrayna məsələsində fərqli mövqeyi, yanşamaları, maraqların toqquşması, yeni dünya nizamının formalaşması uğrunda gedən qlobal, regional geosiyasi mübarizələr Qərbi Moskva ilə məcburi razılaşmalara vadar edir.  

Mövcud qlobal geosiyasi qarşıdurma fonunda tam və dayanıqlı sülhün tezliklə əldə olunacağı da real görünmür. Bununla belə, aktiv döyüş fazasından çıxış və atəşkəsin əldə olunması indiki şəraitdə ən optimal və praktik variantdır. Atəşkəs Ukraynaya nəfəs almaq, iqtisadi-siyasi sabitliyi bərpa etmək, Qərb ölkələrinə isə daha funksional təhlükəsizlik arxitekturası qurmaq imkanı verə bilər.

Sülh danışıqları müharibədən daha yaxşı və məqsədəuyğundur. Bu proses uzansa da, tərəfləri masaya gətirən hər bir addım bölgənin gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri