Kiyev qaçqınların geri qaytarılması prosesinin başladığını elan edib
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kiyev xaricdə olan vətəndaşların geri qaytarılması prosesinə başlayıb. Ukraynalı qaçqınlar xaricdən ölkəyə könüllü qayıda biləcəklər, onlara qarşı məcburi tədbirlər tətbiq edilməyəcək.
Bunu milli telemarafonda Milli Birlik Nazirliyinin rəhbəri Aleksey Çernışov deyib.
“Biz ukraynalıların evlərinə qaytarılması prosesinə başlayırıq. Dərhal demək istərdim ki, geri qaytarılma yalnız könüllüdür, heç bir məcburi tədbir olmayacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda xaricdə 20-25 milyon, ölkədə isə 32 milyon ukraynalı var. Lakin o, geri qaytarılma prosesinin təfərrüatlarını açıqlamayıb.
Mövsüm
Aznews.az

Almaniya Ukraynada sülh prosesinin başladığını elan etdi
02 Dekabr 2024 14:08
Almaniya ukraynalı qaçqınların geri qaytarılması üçün mərkəzlər yaradacaq
20 Yanvar 2025 16:47
Ukraynada qaçqınların qaytarılması proqramına start veriləcək
12 Dekabr 2024 14:49
Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib AZƏRTAC
22 Dekabr 2024 13:16
Bütün qaçqınların qaytarılması bizim ən böyük niyyətimizdir” MÜNASİBƏT BİLDİRİLDİ
19 Fevral 2025 17:34

