Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.
Bizim.Media "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko və Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.
Bildirilib ki, Kiyevin Qoloseyevski rayonunda mülki şəxslərin güllələnməsi və girov götürülməsi faktı üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsinə əsasən (insan ölümünə səbəb olan terror aktı) cinayət işi açılıb.
Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını, o cümlədən hücum edən şəxsin motivlərini araşdırmaq üçün kompleks tədbirlər görür.
Qeyd edək ki, Kiyevdə 58 yaşlı rusiya əsilli kişi küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı 6 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Aprel 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















