Icma.az
close
up
RU
“KKTC nin Türkiyəyə birləşməsi ən doğru qərar olar” Dövlət Baxçalı

“KKTC nin Türkiyəyə birləşməsi ən doğru qərar olar” Dövlət Baxçalı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Oda TV”yə verdiyi müsahibədə “Terrorsuz Türkiyə” prosesi, Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilən seçkilər və prezidentlik idarəetmə sistemi ilə bağlı mühüm açıqlamalar verib.

MHP lideri bildirib ki, KKTC-də federasiya tərəfdarı ritorikanın güclənməsi həm Kipr türkləri, həm də Türkiyə üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, bu siyasət gələcəkdə Türkiyənin milli maraqlarına zərbə vura bilər.

Baxçalı, seçkilərdən sonra səsləndirdiyi “KKTC-nin Türkiyəyə qatılması qərarı alınmalıdır” fikrini əsaslandırmağa çalışıb: “Seçkiöncəsi federasiya, ya iki dövlətli həll məsələsi çox müzakirə olundu. Federasiya ideyasını müdafiə edən bir namizədin qalib gəlməsi ilə bu kiçik federasiya qığılcımının alova çevrilməməsi lazım idi. Çünki bu, Türkiyə üçün təhlükəlidir. Ən doğru qərar KKTC-nin Türkiyəyə birləşməsidir”.

MHP sədri əlavə edib ki, federasiya yönümlü siyasətlər təkcə Kiprdə deyil, regionun digər bölgələrində, xüsusilə Suriyada oxşar separatçı meyilləri stimullaşdıra bilər.

Dövlət Baxçalı həmçinin Prezidentlik Hökumət Sisteminə qarşı irəli sürülən tənqidlərə və ələvi-kürd mənsubiyyətli prezident köməkçisi təklifinə də münasibət bildirib.

MHP lideri partiya qərargahında qanunverici, icra və məhkəməni simvolizə edən üç ağac əkdirdiyini xatırladaraq, bunun Prezidentlik sisteminin təməlini simvolizə etdiyini qeyd edib: “Üç ağac əkdirdim – güknar, ladin və sidir. Dedim ki, bunlar qanunverici, icra və məhkəməni təmsil edir. Bu, Prezidentlik Hökumət Sistemidir”.

Ələvi və kürd mənsubiyyətli şəxslərin prezident və ya prezident köməkçisi ola biləcəyini də vurğulayan Baxçalı bildirib: “Niyə bir ələvi və ya kürd prezident köməkçisi olmasın? Kim 51 faiz dəstəyi tapırsa, o prezident olsun. Heç kimin qarşısında maneə yoxdur. Xalqın dəstəyini qazanan hər kəs bu vəzifəyə gələ bilər”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri