Icma.az
close
up
RU
Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 avqust, AZƏRTAC

Xəzər Universitetinin birinci kurs tələbəsi Əmirli Adnan artıq yeddi ildir domra ifa edir. Onun bu alətə marağı təsadüfən izlədiyi bir musiqi klipindən başlayıb. Domranın səslənişini bəyənən gənc sonradan bu alətin ifa qaydasını özü araşdırıb və öyrənməyə başlayıb.

Adnan Əmirli AZƏRTAC-a açıqlamasında bildirib ki, domra ilə tanışlığı internetdə izlədiyi musiqi klipi ilə başlayıb. O, alətin səsini bəyəndikdən sonra onun haqqında araşdırma aparıb və qazaxların milli musiqi alətlərindən biri olduğunu öyrənib. “Özüm başlamışam, müəllimim olmayıb. Səslənişini və ifa qaydasını araşdırdım. İlk domramı Azərbaycanda tapdım. Qazaxıstandan gətirilmiş təxminən 60 illik bir domra idi. Onu aldıqdan sonra elə ilk iki saat ərzində üç-dörd musiqi ifa etməyə başladım”, – deyə gənc ifaçı bildirib.

O qeyd edib ki, sonradan özünü daha da təkmilləşdirərək Qazaxıstandan yeni domra sifariş etdirib. Adnanın sözlərinə görə, bu alətə marağı artdıqca Azərbaycan, Qazaxıstan və Qırğızıstanın ənənəvi musiqi alətləri arasındakı oxşarlıqlar da diqqətini çəkib.“Qazaxların domrası, qırğızların komuzu və Azərbaycanın sazı arasında çox yaxın əlaqə olduğunu düşünürəm. Biz türk dövlətləri olaraq eyni kökdən, eyni soydan gələn millətlərik və bu, musiqi alətlərində də özünü göstərir”, – deyə Adnan Əmirli vurğulayıb.

Qazaxıstanın domrası ikisimli, Qırğızıstanın komuzu isə üçsimli ənənəvi musiqi alətidir. Azərbaycan sazı ilə bu alətlər arasında müəyyən oxşarlıqların olduğunu deyən gənc ifaçı onları qədim türk musiqi ənənəsi kontekstində dəyərləndirir.

Adnan Əmirli öz araşdırmaları əsasında domranın qədim forması ilə Dədə Qorqudun qopuzu arasında da əlaqə olduğunu düşünür. O, bu fikrini musiqi dərsliyində Dədə Qorqudun əlində ikisimli alətin təsvir olunması ilə əlaqələndirir. “Mənim araşdırmalarım nəticəsində belə qənaətə gəlmişəm ki, domranın qədim forması Dədə Qorqudun qopuzu ilə əlaqələndirilə bilər. Bu alətlər qədimdən bu günə qədər Qazaxıstan və Qırğızıstanda qorunub saxlanılıb. Azərbaycanda isə saz zamanla daha da təkmilləşərək indiki formasını alıb”, – deyə o bildirib.

Gənc ifaçı domraya marağının şəxsi həvəsdən daha çox bu alətin yaşadılması istəyinə çevrildiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanda domra nümunələri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunur, lakin bu alətdə ifa edənlər çox azdır. “Bu mədəniyyəti yaşatmaq üçün məhz bu aləti seçmişəm. Azərbaycanda domra ifa edən insan demək olar ki, yoxdur. Ona görə də istəyirəm ki, bu alət tanınsın və onun ifa ənənəsi davam etsin”, – deyə Adnan Əmirli qeyd edib.

Müxbir- Lalə Minasazova

Fotoqraf- Xanlar Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri