Icma.az
close
up
RU
Kloze “bəzi futbolçulardan qurtulmalıyıq” dedi Mahir üçün real şans var!

Kloze “bəzi futbolçulardan qurtulmalıyıq” dedi Mahir üçün real şans var!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Nürnberq”in yaşadığı xaos, gözlənildiyi kimi, yerli mətbuatın gündəmini zəbt edib. Ona görə ki, əfsanəvi hücumçu Miroslav Klozenin rəhbərlik etdiyi komanda hücumlarda “dişsizdi”. Belədə lazım olan qollar vurulmur və hadisələrin axarı ya məğlubiyyət, ya da heç-heçə ilə nəticələnir.

“Fopotball-plus.az” xəbər verir ki, komandanın qış fasiləsi ərəfəsində keçirdiyi matçlarda yaşadığı uğursuzluqlar problemin daha da qabardılmasına səbəb olub. Həmçinin klubun ciddi maliyyə böhranıyla üzləşməsi də vəziyyəti çıxılmaz həddə gətirib. Hətta son 7 matçda cəmi bir qələbə qazanan komandanın çalışdırıcısı belə deyib:

“bəzi futbolçulardan qurtulmalıyıq”.


Klozenin heyətdə görmək istəmədiyi oyunçuların siyahısını rəhbərliyə təhvil verdiyini yazmışdıq. “Bild” bu məsələylə bağlı yeni bilgilər əldə edib. Nəşrin iddiasına görə, siyahıda 7 futbolçu var. Bunlardan birinin Stefanos Tzimas olduğunu daha əvvəl xəbər vermişik. Əslində mütəxəssis onunla yolları ayırmağın doğru addım olmadığını düşünür. Lakin klubda icarə əsasında çıxış edən yunanıstanlı “Çelsi”dən təklif alıb və komandadan ayrılmaq istəyir. Klubun maliyyə gücü isə onunla mövcud müqavilənin müddətini artırmağa bəs etmir. Siyahıdakı digər adlarla tanış olaq: Taylan Duman, Kanji Okunuki, Benjamin Qoller.
“Bild” hələ qalan üç oyunçunun adını öyrənə bilməyib. Yəni həmin siyahıda həmyerlimiz Mahir Emrelinin adının olub-olmadığı bilinmir. Lakin nəşrin ehtimalına istinadla deyə bilərik ki, bizimki qış fasiləsində “Nürnberq”dən ayrılmayacaq. Almaniyalı həmkarlarımız iddiasını belə əsaslandırır:

“Klozenin işləri yolunda idi. O, hücum xəttində üç futbolçunun xidmətindən yararlanmağa başlayandan sonra tarazlıq pozuldu və bir daha rəngarəng hücum cəhdlərinə imza atan “Nürnberq”i görə bilmədik. İndi baş məşqçi bu mövqedə yenidən iki futbolçuya şans vermək istəyir. Bunlar Mahir Emreli və Yanni Serradı. Mütəxəssis təlim-məşq toplanışları zamanı bu taktikadan istifadə etməyə və alınıb-alınmayacağını araşdırmağa çalışacaq”.


Mahir hazırda ölkəmizdədi. Onun yanvarın 3-də Almaniyaya qayıdacağı gözlənir. Ona görə ki, komandası 4-də klubun bazasında bir araya gələcək. Bir gün sonra start götürəcək təlim-məşq toplanışı bir həftə davam edəcək. “Nürnberq” yanvarın 12-də iki yoxlama matçı keçirəcək və bununla hazırlıq prosesinə yekun vurulacaq.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri