“Bəzi şeyləri ona başa sala bilmək üçün ikiüç dəfə demək lazımdı” Kloze Mahir haqda
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Nürnberq”in futbolçusu Mahir Emrelinin fiziki və psixoloji durumuyla bağlı məsələlər baş məşqçisi Miroslav Klozeni narahat edir.
“Football-plus.az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Almaniyanın ünlü nəşri çalışdırıcının bu mövzuda fikirlərini öyrənib. Klozenin söylədikləri:
“Mahirlə əlaqə qurmaq asan məsələ deyil. Bəzi şeyləri ona başa sala bilmək üçün iki-üç dəfə demək lazımdı. Nümunə kimi onu deyə bilərəm ki, aut və künc zərbələrinin yerinə yetirilməsi zamanı yol verdiyi səhvlərə görə tez-tez ona tövsiyələr verməli oluram. Ümumiyyətlə, Mahirlə davamlı çalışıram”.
Baş məşqçinin futbolçusu Stefanos Tzimasla bağlı fikirləri isə müsbətdi:
“O, məni daha yaxşı başa düşür. Lakin indiki məqamda qane ola bilmərəm. Daha çoxunu etməliyik”.
Xatırladaq ki, “Nürnberq” tezliklə Tzimasla yolları ayırmaq niyyətindədi. Belədə Mahirin daha çox forma şansı qazanacağını güman etmək olar.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Yanvar 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















