Kloze Mahirlə ünsiyyət qurmağın çətin olduğunu açıqladı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya mətbuatına açıqlamasında komandanın hücumçusu Mahir Emreli ilə anlaşmağın çətin olmasından danışıb.
“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, Kloze azərbaycanlı futbolçunun çatışmazlıqlarından bəhs edib:
“Mahir Emreli ilə ünsiyyət asan deyil. Ona etmədiyi bəzi məsələləri iki-üç dəfə izah etməli oluruq.
Buna görə də, o, tez-tez künc zərbələri zamanı və ya topu buraxmaq üçün harada durmaq barədə məsləhətlər alır. Mahirlə bu məsələlərlə bağlı danışırıq. Onun Stefanos Tzimasla münasibəti yaxşılaşıb, amma hələ ki, bundan razı deyiləm”.
Qeyd edək ki, Emreli yayda “Nürnberq”lə bir illik müqavilə imzalayıb.

“Mahirlə ünsiyyət asan deyil” Kloze
09 Yanvar 2025 10:51
Kloze gileyləndi: “Mahirlə ünsiyyət qurmaq asan deyil”
09 Yanvar 2025 11:05
Kloze: Mahirlə ünsiyyət asan deyil, ona bəzi məsələləri 23 dəfə izah etməli oluruq
08 Yanvar 2025 14:16
Kloze niyə Mahirlə mübahisə edir?
10 Aprel 2025 14:02
Miroslav Kloze: Mahirlə birlikdə qərar verdim
12 Mart 2025 11:10

