Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin "Bornmut" klubunun 60 ilə yaxın komandaya xidmət edən əməkdaşla müqaviləni uzatmaması azarkeşlərin etirazına səbəb olub.
QOL.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, sözügedən əməkdaşa yeni mövsümün başlamasına cəmi iki həftə qalmış müqavilənin uzadılmayacağı barədə elektron poçtla məlumat göndərilib. Məktub əməkdaşın adına göndərilməyib və "Təhlükəsizlik komandası" tərəfindən imzalanıb.
Məlumatın sosial şəbəkələrdə yayılmasından sonra azarkeşlər klubun qərarına etiraz ediblər. "Bornmut" isə açıqlama yayaraq əməkdaşlarla ünsiyyət formasının klub standartlarına uyğun olmadığını etiraf edib və hadisə ilə bağlı həmin şəxslə şəxsən əlaqə saxlayacağını bildirib.
Qeyd edək ki, əməkdaş uzun illər ərzində matç günlərində proqramların satışı, avtomobil dayanacağında iş və digər təşkilati məsələlərin həlli ilə məşğul olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Avqust 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















