Icma.az
close
up
RU
Klub prezidenti AFFA nı təhqir etdi Cəzalar açıqlandı

Klub prezidenti AFFA nı təhqir etdi Cəzalar açıqlandı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

AFFA Region Liqasında təxirə salınan "Xocalı" PFK - VT "Gəncə" oyunu yenidən keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

2025-ci ilin dekabrın 29-da baş tutmalı matç hər iki komandanın oyun forması eyni olduğuna görə keçirilməmişdi.

Bundan başqa, bu görüşdə "Gəncə" komandasının prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün 10 oyunluq cəzalanıb.

Eyni zamanda 28 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "İstiqlal" FK - "Sabirabad" FK oyununun "İstiqlal" FK komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün yarışdan kənarlaşdırılıb.

28 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "Xudat City" FA - "Gənclik" İK oyunu "Gənclik" İK komandasının heyətində lisenziyası olmayan oyunçuların olduğuna görə baş tutmadığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilən "Real" FK - "City Baku" FK oyunu bitdikdən sonra "City Baku" FK komandasının protokolu doldurmadığı aşkarlandığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

27 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən "Topçular" FK - "Samur" FK oyununda "Samur" FK komandasının heyətində futbolçu Viqar Əlibabayev qarşılaşmanın 80-ci dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün üç oyunluq cəzalanıb.

28 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən "Beyləqan" FK - "Murov Kəlbəcər" FK oyununda "Beyləqan" FK komandasının heyətində Valid Yusubzadə qarşılaşmanın 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.

27 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən "Ağcabədi" FK - "Ağsu Siti" oyununda qarşılaşmanın 62-ci dəqiqəsində "Ağcabədi" FK komandasının heyətində Ruslam Rüstəmov təcavüzkar davranışa (rəqibi başla vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb. Eyni görüşün 65-ci dəqiqəsində "Ağsu Siti" komandasının heyətində Mətin Əbilsoy təhqiredici ifadələrdən istifadə etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün, oyun bitdikdən sonra isə hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 oyunluq cəzalanıb.

28 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən "Şəfəq" FK - "Samux" FK oyununda qarşılaşmanın 68-ci dəqiqəsində "Samux" komandasının heyətində Cavid Abbasov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı, qırmızı vərəq aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb.

29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "Ərgünəş" (Füzuli)- "Mübariz" FA oyununun "Ərgünəş" komandası tərəfindən həkim təmin edilmədiyinə görə baş tutmadığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri