Klub prezidenti baş məşqçi və futbolçuları qovub
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bosniya və Herseqovinanın "Sloboda Tuzla" klubunun prezidenti Azmir Husiç baş məşqçi Zlatan Naliç və bütün futbolçuları komandadan qovub.
Oxu.Az "Raillynyus"a istinadən xəbər verir ki, buna ölkə çempionatındakı zəif nəticələr səbəb olub. Komanda Premyer Liqada keçirdiyi 17 matçın 15-də uduzub, 2-də heç-heçə edib.
A.Husiç ölkəsinin mətbuatına açıqlamasında bu addımı atmaqla həyatının ən çətin qərarlarından birini verdiyini deyib. O, kollektivi yenidən formalaşdıracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, 1919-cu ildə əsası qoyulan "Sloboda Tuzla" hazırda turnir cədvəlində sonuncu pillədədir.
Bu mövzuda digər xəbərlər:Klub prezidenti zəif nəticələrə görə bütün futbolçuları komandadan qovub AZƏRTAC
17 Dekabr 2024 16:21
Klub prezidenti ilə baş məşqçi arasında gərginlik
21 May 2025 15:41
Klub prezidenti 23 günlük cəzalandırılıb Baş məşqçi isə...
25 Aprel 2025 16:15
AFFA klub və futbolçuları cəzalandırıb
09 Oktyabr 2025 15:44
“Quba”nın prezidenti futbolçuları bazadan niyə qovub? açıqlama
03 Oktyabr 2025 12:38
Baxış sayı:78
Bu xəbər 18 Dekabr 2024 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















