Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Marsel”in idman direktoru Qreqori Lorensi klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün atılan addımlardan danışıb.
QOL.az xəbər verir ki, "L’Équipe"yə açıqlama verən Lorensi xərclərin optimallaşdırılması üçün futbolçularla maaşların azaldılması barədə danışıqlar apardıqlarını bildirib:
“Biz xərcləri azaltmaq üçün bütün variantları nəzərdən keçiririk. Ötən mövsümlə müqayisədə əməkdaşların sayını əhəmiyyətli dərəcədə azaltmışıq. Heç bir bəhanə axtarmaq istəmirəm, hər şeyin səmərəli işləməsini istəyirəm.
Sadəcə işçi götürmək üçün yeni insanlar cəlb etməyəcəyik. Ehtiyac yaranarsa, bunu edəcəyik. Klubda həmin işi görə biləcək əməkdaş varsa, yeni işçi götürməyəcəyik. Hər bir şöbədə xərcləri azaltmaq imkanımız varsa, bunu edirik.
Niderlandda yay hazırlığı düşərgəsinin müddətini də qısaltdıq. Baş məşqçi ilə birlikdə 15 gün əvəzinə 5 günün kifayət etdiyinə qərar verdik. Həmçinin səfərlərə daha azsaylı heyətlə gedə bilərik".
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 07 Oktyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















