Icma.az
close
up
RU
Klublarımız fiaskoya uğradı, yığmalarımız da bizi sevindirə bilmədi 2024cü il necə keçdi?

Klublarımız fiaskoya uğradı, yığmalarımız da bizi sevindirə bilmədi 2024cü il necə keçdi?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan futbolu üçün möhtəşəm başlayan (“Qarabağ”ın Avropa Liqasındakı parlaq oyunlarını nəzərdə tuturuq), ancaq heç də eyni şəkildə bitməyən 2024-ə yekun vururuq. Yığma tarixində il dəfə Millətlər Liqasında D liqasına yuvarlanıbsa, nə deyəsən, nədən danışasan?!

Futbol ictimaiyyətinin nümayəndələrindən Tərlan Əhmədov ilə söhbətdə iki suala cavab axtardıq: 2024-ü Azərbaycan futbolu üçün necə qiymətləndirirsiz, il nə ilə yadda qaldı? 2025-ci ildən futbolumuz adına nə gözləyirsiz?

“2024 Azərbaycan futbolu üçün o qədər də düşərli il olmadı. Klublarımız fiaskoya uğradı, yığmalarımız da bizi sevindirə bilmədi. İlin əvvəli bir qədər uğurlu gəlsə də, ümumən uğursuz il saymaq olar. Fiasko yaşadıq. Arzulayardıq ki, daha yaxşısı olsun. Amma çempionatımız uşaq futbolunun vəziyyətini göstərmək üçün bariz nümunə oldu. Akademiyalarda işin düzgün getməməsi, uşaq futbolundakı problemlər çempionatda futbolçu çatışmazlığına gətirib çıxardı. Futbol veteranları futboldan kənarda qaldı. Ümumilikdə 2024-cü ilin nə iləsə yadda qaldığını demək də çox çətindi. Amma ümidimiz böyükdü. Çalışmaq lazımdı ki, akademiyalarımız işini bərpa etsin, yaxşı futbolçular versin. Həmçinin sağlam təfəkkürlü, milli ruhda futbolçular yetişdirilsin. Ondan sonra hansısa uğur əldə etmək olar. “Qarabağ”ın ilin əvvəlindəki “Braqa” və “Bayer 04” ilə oyunlarını uğurlu saymaq olar. Konfrans Liqasında “Zirə” pley-offa çıxdı. Ümumi götürəndə illərdi klublara, futbolun inkişafına böyük pullar ayrılır. Dövlət tərəfindən ayrılan büdcə, yaradılan şərait və ali baş komandan tərəfindən verilən dəstək kifayət qədərdi. Amma hələ biz o səviyyədə işlər görə bilmirik. Ona görə də futbolda böyük çatışmazlıqlar var. Hər halda, 2025-də gözləyirəm ki, milli ruhda yetişdirilən futbolçular çoxalsın, ölkəmizə səviyyəli legionerlər gəlsin. Klublarımızın maddi-texniki bazası olmalıdı. Futbolumuz süni ot örtüyündən uzaqlaşmalıdı. Arzulayıram ki, 2025 futbolumuz üçün inqilabi il olsun. Klublarımız qitə turnirlərinin qrup mərhələlərində daha çox iştirak etsin. Milli komandalarımızda bütün yaş qrupları yerli akademiyaların uşaqlarından təşkil olunsun. Dünya idmanında bütün növlərdə sözümüzü deyirik. Hər halda, bizim də dövrümüz çatıb ki, qarşıdan gələn ili Futbol ili elan edək, klublarımız yüksək səviyyədə inkişaf etsin. Veteran futbolçular işlə təmin olunmalıdı. Yəni onlar klubın Müşahidə Şurasında yer almalı, onların da tövsiyələri eşidilməlidi. Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edirəm. Qarşıdakı ildə futbolumuz, idmanımız daha da çiçəklənsin, daha uğurlu nəticələr əldə olunsun. Biz də baxıb fəxr edək”.


RÖYANƏ OĞUZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri