Icma.az
close
up
RU
“KOB un böyüməsini ləngidən əsas məsələ institusional mühitin qeyri rəqabətliliyidir” İQTİSADÇI

“KOB un böyüməsini ləngidən əsas məsələ institusional mühitin qeyri rəqabətliliyidir” İQTİSADÇI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafında müşahidə olunan ləngimənin kökündə təkcə maliyyə çatışmazlığı və ya sahibkarlıq təcrübəsinin azlığı dayanır. Əsas problemi formalaşdıran amil institusional mühitin hələ də tam rəqabətli və proqnozlaşdırıla bilən səviyyəyə çatmamasıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın ümumi idarəetmə çərçivəsi, bazara giriş imkanları, şəffaflıq, stimullaşdırıcı mexanizmlər və hüquqi sabitlik KOB-lar üçün yetərincə optimal deyil: "Bir çox hallarda kiçik sahibkar bazara daxil olduqdan sonra genişlənmək üçün zəruri olan sahələrə - tenderlərin şəffaflığı, torpaq resurslarına çıxış, icazələr sistemi, lisenziyalar və uzunmüddətli maliyyələşmə - bərabər şəkildə yaxınlaşa bilmir. Bu isə iri şirkətlərlə rəqabəti çətinləşdirir və sektorun struktur olaraq böyük bizneslər tərəfindən üstünlük təşkil etməsinə gətirib çıxarır.

İkinci mühüm məsələ uzunmüddətli, münasib faizli maliyyə resurslarının çatışmazlığıdır. Bank sektorunun kredit siyasəti əsasən qısamüddətli və yüksək faizli kreditlər üzərində qurulduğundan, KOB-ların genişlənmə, modernizasiya və ixrac yönümlü fəaliyyətə keçidi gecikir. Maliyyə əlçatanlığının aşağı olması biznesin risklərini artırır və sahibkarın inkişaf planlama motivasiyasını zəiflədir. Digər problem isə insan kapitalının yetərincə ixtisaslaşmaması və biznes idarəçiliyi mədəniyyətinin zəifliyidir. KOB-ların böyük qismi innovasiya, rəqəmsallaşma, ixrac standartları və strateji idarəetmə kimi sahələrdə peşəkar kadr çatışmazlığı ilə üzləşir. Bu isə şirkətlərin dayanıqlı böyüməsini ləngidir.

Vergi və yoxlama sistemindəki inzibati yükün azalmasına baxmayaraq, sahibkarların hələ də riskdən qaçan davranışı mühüm problem olaraq qalır. Qeyri-rəsmi iqtisadiyyatın müəyyən seqmentlərdə üstünlük təşkil etməsi dürüst fəaliyyət göstərmək istəyən şirkətləri zəif rəqabət mövqeyinə salır. Bütün bunları nəzərə aldıqda demək olar ki, Azərbaycanda KOB sektorunun real inkişafı üçün əsas tələb şəffaf, rəqabətli və proqnozlaşdırıla bilən institusional mühitin daha da gücləndirilməsi, maliyyə mexanizmlərinin liberallaşdırılması və sahibkarlığın bilik əsaslı modelə keçirilməsidir. Bu istiqamətdə atılacaq addımlar kiçik və orta biznesin ölkə iqtisadiyyatında daha böyük paya sahib olmasına və qeyri-neft sektorunun dayanıqlı inkişafına ciddi töhfə verə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri