Kobaxidze: Estoniya və Litvaya Gürcüstana qarşı təxribat təşkil etmək tapşırılıb, lakin biz təxribata uymadıq
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Estoniya və Litvanın hakimiyyət orqanlarına Gürcüstana qarşı təxribat təşkil etmək tapşırılıb, lakin biz təxribata uymadıq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan Estoniya və Litva ilə birtərəfli dostluq rejimində qalır.
“Estoniya və Litva hakimiyyətinə Gürcüstana qarşı təxribat təşkil etmək tapşırılıb. Müvafiq qüvvələr, bizim təxribatın ardınca gedəcəyimizi hesablamışdılar, amma biz təxribata uymadıq, birtərəfli dostluq rejimində qaldıq. Xarici işlər nazirinin hansı bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, gürcü xalqını Estoniya və Litva xalqları ilə birləşdirən ənənəvi dostluğu nəzərə alaraq, birtərəfli dostluq rejimini qoruyub saxlayacağıq. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz qalacaq” - deyə İrakli Kobaxidze bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 17 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















