Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır MÜSAHİBƏ

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 may, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac potensialının artırılması və regionlarda məşğulluğun genişləndirilməsi əsas müzakirə mövzuları olub. Müşavirədə aqrar istehsal və emal sahələrinin inkişafı, yeni texnologiyaların tətbiqi və kənd təsərrüfatında insan kapitalının formalaşdırılması istiqamətində qarşıya qoyulan hədəflər xüsusi diqqət çəkib.

Mövzu ilə bağlı iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Aqrar istehsal və emal sahələrinin inkişafı yerli məhsulların rəqabət qabiliyyətinə və ixrac imkanlarına hansı töhfəni verə bilər?

- Aqrar-sənaye və emal sahələrinin inkişafı təbii ki, birbaşa ixrac imkanlarının genişlənməsinə təsir göstərir. Azərbaycanın aqrar məhsullarına xarici bazarlarda tələb hər zaman mövcud olub və bir çox hallarda istehsal mövcud tələbi üstələyə bilməyib. Başqa sözlə desək, məhsul olarsa, onun xarici bazarlara çıxarılması ciddi problem yaratmır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan məhsulları keyfiyyət baxımından xarici bazarlarda yüksək qiymətləndirilir və artıq müəyyən premium seqmentdə öz yerini tutmağa başlayıb.

Son illərin müsbət tendensiyalarından biri də ixrac bazarlarının diversifikasiyasıdır. Azərbaycan məhsulları artıq yalnız ənənəvi bazarlarda deyil, yeni bazarlarda da “Azərbaycan məhsulu” kimi fərqli şəkildə tanınır və brendləşmə meyilləri güclənir. Bu isə məhsulların daha yüksək əlavə dəyərlə satılmasına imkan yaradır.

Dövlət Proqramlarında, xüsusilə bitkiçilik və ixracyönümlü digər sahələr üzrə istehsal həcminin 25-30 faiz artırılması hədəflənir. Bu da onu deməyə əsas verir ki, 2026-2030-cu illər ərzində Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım müşahidə oluna bilər.

- “Made in Azerbaijan” brendinin aqrar sahədə daha da gücləndirilməsi üçün hansı addımlar vacib hesab olunur?

- “Made in Azerbaijan” brendinin aqrar sahədə daha da gücləndirilməsi üçün kompleks və ünvanlı yanaşmalara ehtiyac var. Aqrar istehsal və emal sahələrinə ayrılan investisiyalarla yanaşı, konkret ölkələrə və hədəf bazarlara fokuslanan xüsusi proqramların hazırlanması vacibdir. Uzun illərdir Azərbaycan məhsulları vahid brend altında xarici sərgilərdə təqdim olunur, ticarət evləri və nümayəndəliklər fəaliyyət göstərir. Lakin Dövlət Proqramında müəyyən edilən yeni hədəflər göstərir ki, bu istiqamətdə fəaliyyət daha da intensivləşdirilməlidir.

Xüsusilə konkret istehsalçılar üçün fərdi dəstək proqramları hazırlanmalıdır. Buraya subsidiyalar, brendləşmə və markalaşma dəstəyi, dərin emal texnologiyalarının tətbiqi, rəqəmsallaşma, təlim və ekspert dəstəyi kimi alətlər daxildir. Eyni zamanda, xarici bazarlarda həm ənənəvi, həm də rəqəmsal reklam və promo kampaniyalarının genişləndirilməsi vacibdir.

Artıq növbəti mərhələdə hədəf bazarlarda ortaq logistika infrastrukturlarının yaradılması da ön plana çıxmalıdır. Ortaq anbarlar, satış mərkəzləri və distribusiya platformaları potensial ixracatçıların istifadəsinə verilməlidir ki, Azərbaycan məhsulları xarici bazarlarda daha dayanıqlı mövqe tuta bilsin.

- Sizcə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyən edilən prioritetlər kənd yerlərində məşğulluğun və regionların sosial-iqtisadi inkişafının sürətlənməsinə necə təsir edəcək?

- Müşavirədə müəyyən edilən prioritetlər göstərir ki, həm bitkiçilik, həm heyvandarlıq, həm də digər aqrar istiqamətlər dövlətin diqqət mərkəzindədir. Hər sahə üzrə həm dövlət, həm də özəl investisiyaların artırılması nəzərdə tutulur və konkret məhsullar üzrə artım hədəfləri müəyyən edilib.

Hesab edirəm ki, ilk növbədə sahibkarlar bu rəqəmlərə və hədəflərə xüsusi diqqət yetirməlidirlər. Qarşıdakı 3-4 il üçün öz daxili inkişaf yol xəritələrini məhz bu göstəricilər əsasında formalaşdırmalıdırlar. Eyni zamanda, regionlarda fəaliyyət göstərən yerli idarəetmə orqanları da sahibkarlarla koordinasiyalı şəkildə işləməli və regional inkişaf planlarını bu prioritetlərə uyğun qurmalıdır.

Ümumilikdə, təxminən 6 milyard manata yaxın investisiyanın nəzərdə tutulması, yeni texnologiyaların tətbiqi, müasir suvarma sistemləri, rəqəmsallaşma və istehsalın intensivləşdirilməsi yaxın illərdə ciddi əmək resurslarına ehtiyac yaradacaq. Xüsusilə ali təhsilli və peşəkar kadrların rolu daha da artacaq.

Xüsusilə təqdirəlayiq məqamlardan biri də odur ki, proqramda yalnız istehsal göstəriciləri deyil, eyni zamanda, təhsil və insan kapitalı istiqamətində də ciddi hədəflər müəyyən edilib. Xaricdə təhsil almış və xarici diplomlara malik aqrar sahə mütəxəssislərinin sayının 500 nəfərə çatdırılması məqsədi qarşıya qoyulub. Hesab edirəm ki, aidiyyəti qurumlar üçün bu hədəfə nail olmaq tam realdır. Çünki son illərdə gənclər arasında aqrar sahəyə maraq əhəmiyyətli dərəcədə artır. Digər tərəfdən isə yüksək ixtisaslı aqrar mütəxəssislərə bazarda tələb kifayət qədər yüksəkdir. Bu da həm gənclərin motivasiyasını artırır, həm də aqrar sahənin gələcək inkişafı üçün dayanıqlı kadr bazasının formalaşmasına xidmət edir.

Bütün bunlar nəticə etibarilə regionlarda məşğulluğun artmasına, yeni iş yerlərinin yaranmasına və sosial-iqtisadi inkişafın sürətlənməsinə birbaşa müsbət təsir göstərəcək.

Müxbir - Vüsalə Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri