Icma.az
close
up
RU
KOBİA sədri: Kiçik və orta biznesin rəqəmsallaşması və süni intellektə inteqrasiyası prioritet istiqamətdir

KOBİA sədri: Kiçik və orta biznesin rəqəmsallaşması və süni intellektə inteqrasiyası prioritet istiqamətdir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Bu gün rəqəmsallaşmanın və süni intellektin tətbiqi artıq biznes gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Bununla belə, kiçik və orta sahibkarlıq subyektləri (KOB-lar) bu istiqamətdə müəyyən çətinliklərlə üzləşir. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təxminən 99,7 faizi kiçik və orta biznes subyektləridir. Bu səbəbdən onların rəqəmsallaşma və süni intellektə uyğunlaşması dövlət üçün strateji əhəmiyyət kəsb edir. Lakin məlumdur ki, KOB-ların çoxu məhdud maliyyə resurslarına malikdir və bu, onların innovasiyalara keçidini ləngidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda “Rəqəmsal dövlət və süni intellektlə transformasiya” panel sessiyasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov çıxışı zamanı səsləndirib.

O ölkədə kiçik və orta biznes subyektlərinin rəqəmsal transformasiyası və süni intellekt texnologiyalarına inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarlar bu prosesdə daha çox çağırışlarla üzləşirlər. Rəqəmsal bacarıqların zəifliyi, ixtisaslı kadr çatışmazlığı və texnoloji resursların məhdudluğu bu sahədə əsas problemlərdəndir: “Böyük şirkətlərlə müqayisədə kiçik və orta biznes subyektlərinin süni intellekt və rəqəmsallaşma texnologiyalarını tətbiq etməsi daha çox dəstək və maarifləndirmə tələb edir. KOBİA bu istiqamətdə sistemli iş aparır. Agentlik regionlarda yerləşən KOB inkişaf mərkəzləri vasitəsilə sahibkarlara rəqəmsal bacarıqların artırılması, süni intellekt texnologiyalarının tətbiqi və innovasiyaların idarəolunması istiqamətində təlimlər və məsləhət xidmətləri təqdim edir. Məqsədimiz odur ki, kiçik və orta biznes subyektləri bu prosesdə geri qalmasın və rəqəmsal iqtisadiyyatın fəal iştirakçısına çevrilsin”.

Orxan Məmmədov vurğulayıb ki, KOBİA-nın Startap İnkişaf Mərkəzi də innovativ sahibkarlığın dəstəklənməsində mühüm rol oynayır. Mərkəz süni intellektlə çalışan startapları və innovativ sahibkarları bir araya gətirir, onlara praktiki dəstək göstərir və beynəlxalq təcrübənin tətbiqinə şərait yaradır:”Startapların sertifikatlaşdırılması mexanizmi çərçivəsində innovativ və texnoloji yönümlü sahibkarlara “startap şəhadətnaməsi” təqdim edirik. Bu sənəd sahibkarlara üç il müddətinə gəlir vergisindən azadolma imkanı yaradır və onların fəaliyyətə başlamasını stimullaşdırır”.

KOBİA sədri vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt texnologiyalarının geniş tətbiqi kiçik və orta biznesin məhsuldarlığını artıracaq, iqtisadiyyatın innovativ inkişafına təkan verəcək və Azərbaycanın rəqəmsal gələcəyinin formalaşmasına mühüm töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri