Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Koçaryan cinayətlərinə görə cavab verməlidir

Koçaryan cinayətlərinə görə cavab verməlidir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın sülh şərtlərinin bu məsələyə qətiyyən dəxli yoxdur

Robert Koçaryanın yenidən həbs edilməsi Ermənistanda gözlənildiyi kimi, yalnız hüquqi müstəvidə qalmayıb. Keçmiş prezidentin müdafiə tərəfi dünən keçirdiyi mətbuat konfransında ittihamların mahiyyətinə cavab verməklə yanaşı, işi Azərbaycanın adına bağlamağa çalışıb.

Onun ofisinin rəhbəri Baqrat Mikoyan bildirib ki, R.Koçaryanın dördüncü dəfə (?) həbs edilməsi istisnasız olaraq geosiyasi proseslər çərçivəsində baş verir. Mikoyanın sözlərinə görə, əvvəlki həbslərdə bu məqam müəyyən qədər gizlədilirdisə, indi hər şey açıq şəkildə baş verir. O, Koçaryanın həbsini Ermənistan hakimiyyətinin, guya, “Bakının tələb və sifarişləri” çərçivəsində hərəkət etməsi ilə əlaqələndirib.

Mikoyan mətbuat konfransında Koçaryanın istintaq təcridxanasından göndərdiyi müraciəti də oxuyub. Koçaryan müraciətində Nikol Paşinyanın növbəti dəfə “anadangəlmə qorxu və komplekslərinin maniakal kəskinləşməsini” yaşadığını, məhkəmə-hüquq sisteminin isə onun fobiyalarına xidmət etdiyini iddia edib. Keçmiş prezidentin sözlərinə görə, bu temp davam edərsə, ölkəni itirmək (?) mümkündür və xalq, görünür, kollektiv özünümühafizə instinktini də itirib. Xocalı cəlladının fikrincə, Ermənistan son dərəcə təhlükəli avantüraya cəlb olunub və böyük dövlətlərin geosiyasi maraqlarının toqquşmasının mərkəzinə gətirilib. “Paşinyan təkcə erməni torpaqlarını təslim etmir, o, istənilən dövlətçiliyin əsasını təşkil edən xalqın kollektiv iradəsini və mənəvi dəyərlərini də sındırır. Buna son qoymaq lazımdır, yoxsa hamımız türkcə öyrənməyə başlamalıyıq”, – deyə Koçaryanın müraciətində bildirilib.

Mətbuat konfransında çıxış edən vəkil Aram Orbelyan bildirib ki, Koçaryanla bağlı proses hakimiyyət tərəfindən hüquqi müstəvidən siyasi müstəviyə keçirilib. Vəkilin sözlərinə görə, burada “məlumatların əvvəlcədən qərəzli şəkildə açıqlanması” adlandırdığı yanaşmadan söhbət gedir. Orbelyan hesab edir ki, hakimiyyət məhkəmədə problemlərlə üzləşəcəyini başa düşdüyündən indidən ictimaiyyətə “şok məlumatlar” təqdim edir ki, sonradan iş istənilən nəticəni verməsə, məsuliyyəti hakimin üzərinə ata bilsin. Vəkil bununla razılaşmır. Onun sözlərinə görə, hətta İrəvanın şərti olaraq vilayət statusuna malik olduğu dövrdə belə prezident şəhər merindən yuxarı instansiya hesab olunmayıb. Orbelyan, həmçinin ittihamda hökumət üzvlərinin prezidentə tabe olan şəxslər kimi təqdim edildiyini bildirib. Müdafiə tərəfinin versiyasına görə, həmin dövrdə dövlət hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü mövcud olub və prezident hökumətdən ayrı fəaliyyət göstərib. Vəkil qeyd edib ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyada belə bir prosedur nəzərdə tutulurdu: hökumətin qərarlarını baş nazir imzalayır, prezident isə onları təsdiqləyirdi. Orbelyan, həmçinin ittiham aktında “qarşılıqlı əlaqəli şəxslər” ifadəsindən tez-tez istifadə edildiyini, lakin müdafiə tərəfi bu əlaqənin konkret nədən ibarət olduğunu soruşduqda buna aydınlıq gətirilmədiyini iddia edib.

Hüquqi ittihamlara siyasi cavab

Göründüyü kimi, Koçaryanın müdafiə tərəfi ictimai müzakirənin istiqamətini dəyişərək hüquqi prosesin arxasında “xarici qüvvə” axtarmağa üstünlük verir. Halbuki burada ən sadə sual ortada qalır: Azərbaycanın “sifarişi” barədə deyilənlərin konkret sübutu haradadır? Mətbuat konfransında bu suala cavab verilməyib.

Qeyd etdiyimiz kimi, Koçaryana qarşı irəli sürülən yeni ittiham əmlakın qanunsuz əldə edilməsi ilə bağlıdır. Müdafiənin işi isə həmin ittihamların hüquqi və faktiki əsaslarını dağıtmaq olmalıdır. Düzdür, vəkil A.Orbelyan bu istiqamətdə müəyyən arqumentlər səsləndirib. O, ittiham aktında prezidentin hökumət və İrəvan meri üzərində, guya, birbaşa tabeçilik münasibətində təqdim edilməsinə etiraz edib, hakimiyyət orqanları arasında səlahiyyət bölgüsünü xatırladıb və prezidentin hökumət qərarlarını təsdiqləməsinin Konstitusiyada nəzərdə tutulduğunu bildirib.

Bunlar, əlbəttə, hüquqi mübahisənin predmetidir və məhkəmədə araşdırılmalıdır. Müdafiə tərəfinin ittihamın konkret maddələrinə, sənədlərə, qərarlara və sübutlara münasibət bildirməsi də normaldır. Amma sonra iş başqa istiqamətə gedir. Baqrat Mikoyanın səsləndirdiyi iddia da son dərəcə ağırdır: onun təbirincə, əvvəlki həbslərdə müəyyən qədər gizli qalan proses indi açıq şəkildə “Bakının tələbləri və sifarişi” çərçivəsində həyata keçirilir. Lakin “sifariş” sözü işlədilirsə, bunun arxasında sübut da olmalıdır. Kim sifariş verib? Nə vaxt verib? Hansı kanalla verib? Ermənistan hakimiyyətinin hansı nümayəndəsi bu sifarişi qəbul edib? Koçaryanın həbsi ilə bağlı konkret hansı qərar Bakının tələbi əsasında qəbul olunub? Mətbuat konfransında bu sualların heç birinə cavab verilməyib.

Bunun əvəzinə ictimaiyyətə emosional siyasi mənzərə təqdim olunur. Azərbaycan hər yerdə görünən təhlükə kimi göstərilir, Ermənistan hakimiyyəti isə onun tələblərini icra edən tərəf kimi təqdim edilir. Beləliklə, konkret cinayət işi ətrafında müzakirə aparmaq əvəzinə, məsələ Ermənistan–Azərbaycan qarşıdurmasının ümumi kontekstinə daşınır.

Koçaryanın cinayətləri niyə yada düşmür?

Koçaryanın Ermənistan prezidentliyi dövründə qəbul edilmiş qərarlar, onun dövlət idarəçiliyində rolu, həmin dövrdə baş vermiş proseslər və bu gün ona qarşı irəli sürülən konkret ittihamlar ayrıca araşdırılmalıdır. Bunların hər hansı birinin hüquqi qiymətləndirilməsini avtomatik olaraq Azərbaycanla əlaqələndirmək mümkün deyil. Dövlət başçısı olmuş şəxs hüquqi məsuliyyətdən kənarda qala bilməz. Eyni zamanda, ona qarşı irəli sürülən ittihamların da sübuta yetirilməsi tələb olunur. Hüquqi dövlətin prinsipi məhz bundan ibarətdir.

Müxalifətin “əsas rəqib” arqumenti

“Hayastan” fraksiyasının rəhbəri Anna Qriqoryanın açıqlaması da eyni xətt üzərində qurulub. O, Koçaryanın həbsini siyasi məsələ adlandırır və Azərbaycanın Kərkinin qaytarılması və Konstitusiyanın dəyişdirilməsi ilə bağlı tələblər irəli sürdüyünü bildirərək keçmiş prezidentin aradan götürülməsinin hakimiyyət üçün zəruri olduğunu iddia edir. Burada da əsas sual cavabsız qalır: bu iki hadisənin – Koçaryanın həbsi ilə Azərbaycanın hansısa tələbinin birbaşa əlaqəsini təsdiqləyən hansı fakt mövcuddur? Əlbəttə ki, heç bir fakt mövcud deyil.

Keçmiş prezidentə qarşı irəli sürülən ittihamın hüquqi əsaslarını müzakirə etmək əvəzinə, məsələ “Azərbaycan bunu tələb edir” səviyyəsinə qaldırılır. Bu isə həm Ermənistan cəmiyyətinin, həm də ictimai rəyin qarşısında başqa bir mənzərə yaradır: sanki, ölkənin daxili hüquqi sistemi müstəqil qərar qəbul etmək iqtidarında deyil və hər addımın arxasında Bakı dayanır.

Bu iddianın özü Ermənistanın dövlət institutlarına münasibətdə ciddi sual doğurur. Əgər, həqiqətən, belədirsə, bunu sübut etmək lazımdır. Əgər sübut yoxdursa, onda məsələ daha sadədir: Azərbaycan adı daxili siyasi mübarizədə məsuliyyətdən yayınmaq üçün istifadə olunur. Məhz bu baxımdan da dünən keçirilən mətbuat konfransında səslənən gurultulu siyasi ittihamların deyil, cavabsız qalan hüquqi sualların üzərində dayanmaq daha vacibdir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see361

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see316

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see305

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see278

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see277

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see267

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see253

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see233

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see225

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see205

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see201

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see199

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see196

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see189

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see177

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri