Köçəryan HƏBSDƏ QALDI
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan bildirib.
"Qərar bir çox başqa vəsatətlərin rədd edildiyi eyni əsaslarla çıxarılıb. Görünür ki, şikayətimiz diqqətlə araşdırılmadan ümumi formal ifadələr gətirilir", - o deyib.
A.Orbelyan qeyd edib ki, Köçəryan öz konstitusion vəzifələrini yerinə yetirməkdə ittiham olunur, işin digər epizodu üzrə sabiq prezidentə aid edilən əməlin müddəti təxminən 20 il əvvəl, oğlu Sedraka isə təxminən 15 il əvvəl başa çatıb.
Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona əmlakın qanunsuz əldə edilməsi işi üzrə ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə edərək ictimai və iqtisadi əhəmiyyətə malik bir sıra obyektləri bazar dəyərindən ucuz qiymətə əldə edib. Avqustun 27-də isə Antikorrupsiya Komitəsi Köçəryanın iki ay müddətinə həbs edildiyini bildirib. Onun oğlu Sedrak Köçəryan da həbs altındadır. Cinayət işində Köçəryanlara məxsus 35 yer alır, şirkətlərin bir hissəsi möhürlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 14 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















