Icma.az
close
up
RU
Köçəryan sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı elə şeylər danışdı ki…. Sabiq prezidentdən GÖZLƏNİLMƏZ AÇIQLAMA KONKRET

Köçəryan sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı elə şeylər danışdı ki…. Sabiq prezidentdən GÖZLƏNİLMƏZ AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyan və onun partiyasının qarşıdan gələn seçkilərdə yenidən seçilmək üçün faktiki heç bir şansı yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyir.

“Bəli, mən görürəm ki, o (Paşinyan) müəyyən seçici kütləsinə təsirini saxlamaqda davam edir. Amma fakt odur ki, bu kütlə kəskin şəkildə azalıb. Onun reytinqinin aşağı düşməsi isə dərin tendensiyadadır. Bu baxımdan, onun yenidən seçilmək şansının olmadığı aydındır”, – Köçəryan Ermənistanın “Beşinci” kanalına müsahibəsində bildirib.

Köçəryanın sözlərinə görə, erməni müxalifəti arasında rəqabət var. O xatırladıb ki, müxalifət küçə döyüşlərindən və Paşinyanın impiçmentindən danışır.  Bundan əlavə, Köçəryan əmin edir ki, bölgədə Türkiyə və Azərbaycanı yalnız Rusiya saxlaya bilər. Fransa və Makronun isə burada vacib maraqları yoxdur.

Onun sözlərinə görə, indiki Ermənistan hakimiyyəti Moskva ilə münasibətləri pisləşdirmək, Rusiyanın düşmənləri ilə əlaqələri yaxşılaşdırmaq yolu ilə gedir.

Eyni zamanda, Köçəryan Türkiyə ilə düşmən olmağın və ya Azərbaycanla sülh imzalamaqdan imtinanın tərəfdarı deyil. Lakin qeyd edir ki, Cənubi Qafqaz ən azı 250 ildir ki, Rusiya və Türkiyə arasında rəqabət meydanı olub. Köçəryan əmindir ki, Ermənistanla-Azərbaycan arasında sülh müqaviləsi, zəmanətlər varsa, uzunmüddətli olacaq.

Eks-prezident Sünikdə (Qərbi Zəngəzur) yolun mümkün icarəsi və Zəngəzur dəhlizinin bərpası məsələsinin müzakirəsini Ermənistan hakimiyyətinin “diplomatik uğursuzluğu” adlandırıb.

O, bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məqam Azərbaycanın təkidi ilə 10 noyabr 2020-ci il tarixli bəyanatda yer alıb. Onun sözlərinə görə, Azərbaycan öz əraziləri üzərində tam nəzarəti bərqərar etdikdən sonra Zəngəzurdan keçən dəhlizin müzakirəsi ümumiyyətlə gündəmdə olmamalı idi.

O, bu yaxınlarda Zəngəzur dəhlizinin iqtisadi baxımdan Ermənistan üçün faydalı ola biləcəyini bəyan edən Ermənistan prezidenti Vaaqn Xaçatryanla da razılaşmayıb. Eks-prezidentin sözlərinə görə, bu layihənin guya kommunikasiyaların blokdan çıxarılması ilə heç bir əlaqəsi yoxdur, əslində Azərbaycan və Türkiyəni Orta Asiya ölkələri ilə birləşdirən tranzit xəttidir.

Köçəryan yolun idarəçiliyinin özəl şirkətə verilməsi ilə bağlı müzakirə olunan imkanları da kəskin tənqid edib.

Hakimiyyətlə erməni kilsəsi arasında münaqişədən danışan Köçəryan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Eçmiədzin yaxınlığında elan etdiyi tərəfdarların mitinqi baş tutmaya bilər.

Köçəryan bəyan edib ki, hakimiyyətin hərəkətləri və hücum Erməni Apostol Kilsəsinin əsaslarını sarsıtmaq məqsədi daşıyır. Onun fikrincə, hakimiyyət ruhanilərə və katolikoslara inamı sarsıtmaqla “ÜAK-ı gözdən salmağı və məhv etməyi planlaşdırır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri