Köçəryan Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü FOTOFAKT
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan çoxdan “siyasi meyit” hesab olunsa da, bu aqibətlə barışmaq istəmir.
Rusiyanın agenti olduğu şübhə doğurmayan Köçəryən, elə Moskvanın sifarişi ilə ara-sıra xortlayır. Köçəryan yanvarın 29-da yenə də mətbuat konfransı keçirib.
Məqsəd bəllidir: Ermənistanda seçkilər yaxınlaşır. Təsadüfü deyil ki, Köçəryanın əsas fikirləri Rusiya ilə bağlı olub. O, Moskvanın Ermənistan üçün vacib olduğunu dəfələrlə xatırladıb.
Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, Köçəryanın mətbuat konfransında başqa bir detal da diqqəti cəlb edib. Xocalı qatili Ağrı dağının yer aldığı portretin fonunda jurnalistlərlə söhbətləşib.
Bu, Türkiyəyə qarşı ərazi iddiası və aşkar təxribatdır. Məqsəd də bəllidir: Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaq, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına mane olmaq, ümumilikdə bölgədə qeyri-sabitliyin olmasını təşviq etmək.
Bu planın hansı ölkəyə məxsus olduğu və ssenarinin də harada yazıldığı bəllidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















