Icma.az
close
up
RU
Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…

Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

2020-ci ildə Azərbaycanla müharibənin başlanmasının səbəkarı Ermənistandır, başqa kimsə yox.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Erməni Universiteti”nin müəllim və tələbələri ilə görüşündə deyib.

“Bu müharibə baş verməməliydi. Bu müharibəni biz ermənilər, Ermənistan hökuməti törədib. Məsuliyyətsiz və səs-küylü bəyanatlarla müharibənin başalanmasını qızışdırdıq”, - Köçəryan qeyd edib.

Onu da xüsusi ilə bildirib ki, 2016-cı il 4 günlük aprel döyüşlərindən Ermənistan tərəfi ciddi dərs çıxarmalı idi: “4 günlük müharibədən almalı olduğumuz dərslərə, orduda ciddi dəyişikliklərə ehtiyac var idi. Lakin bunlara məhəl qoyulmur, heç kimin vecinə deyil… Ordunun əsas islahatları isə daha çox məmurların əsas ziyarət yerinin yeməkxana olduğu çiyələk islahatına bənzəyir”. 

O əlavə edib ki, Ermənistan hakimiyyəti ordunun döyüş hazırlığı ilə maraqlanmırdılar və döyüş hazırlığı qabiliyyəti olan ordu anlayışının nə olduğunu anlamırdırlar. “Diqqət döyüş hazırlığına yönəldilməli idi. Ordu nədir? Dövr 2 ildir. Əsgərin hazırlığı 5-6 ay çəkir, 2 ildən sonra tərxis olunur. Əgər döyüşə hazırlığınız 2 il çəkirsə, əsgər tərxis olunandan sonra ordunuz olmayacaq, ya da onun döyüş effektivliyi kəskin şəkildə azalacaq.  Və nəticəsi də göz qabağında…”

44 günlük Qarabağ savaşına gəldikdə Köçəryan ilginc faktlar deyib: "Müharibə başlayandan sonra üçüncü gün Qarabağda idim. İki həftə Qarabağda qaldım və deməliyəm ki, gələndən sonra ikinci və ya üçüncü gündə həm Bako Saakyandan, həm də Arkadi Qukasyandan Arayik Arutyunyanla görüş təşkil etməyi xahiş etdim. Mənim əsas mesajım müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etmək idi. 
Çünki müharibəyə hazır olmadığımızdan ötən hər gün bizdə daha çox problemlərə səbəb olurdu.
Daha sonra Arayik Arutyunyan dedi: “Əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək”. Bako Saakyan bunu mənə sözbəsöz çatdırdı: “Biz Qarabağda əldə etdiklərimizi aldıq”.

PUA mövzusuna toxunan Köçrəyan qeyd edib ki, ilk əlamətlər artıq 2016-cı ildə var idi və ondan sadəcə olaraq çox ciddi nəticələr çıxarmaq lazım idi: “Biz Su-30-ları selfi üçün almamışdıq, zenit sistemlərinə ehtiyacımız var idi, hava hücumundan müdafiəyə çox ciddi sərmayələr lazım idi, amma bu, edilmədi. 2016-cı ildəki müharibədən nəticə çıxarmalı idik, amma biz ondan mahiyyətcə heç bir nəticə çıxarmadıq. Bu müddət ərzində biz Azərbaycana nəinki demək olar ki, bütün kəmiyyət göstəricilərində güzəştə getməyə başladıq, həm də təhlükəsizliklə bağlı məsələlərdə kəskin şəkildə güzəştə getməyə başladıq”.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri