Icma.az
close
up
RU
Köçəryanı həbsdən xilas etmək üçün 4 milyon dollar girov qoymuşdu indi özü həbs olundu

Köçəryanı həbsdən xilas etmək üçün 4 milyon dollar girov qoymuşdu indi özü həbs olundu

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycanın beynəlxalq axtarışa verdiyi milyarder Samvel Karapetyan Ermənistanda saxlanılıb.

Bu həmin şəxsdir ki, Ermənistanın bütün internet, telekommunikasiya və enerji sektoruna nəzarət edir.

44 günlük müharibədən sonra, Paşinyanın Rusiya ilə münasibətləri gərgin olan zamanlar Rusiyaya məxsus şirkətlərlə bağlı problem yaranmışdı.

O zaman Rusiyanın "Rostelekom" operatoruna məxsus olan Ermənistanın əsas telekommunikasiya operatoru GNC Alfa şirkətinin də bütün səhmlərini məhz həmin bu Samvel Karapetyan 25 milyon dollara almışdı.

Samvel “Taşir” Holdinqin və Ermənistan Sahibkarlar Assosiasiyasının rəhbəridir.

"Ermənistan elektrik şəbəkəsi" də "Tashir" Holdinqə məxsusdur.

Ermənilərin nəhəng fiqurlarından biridir, milyaderdir. Samvel Karapetyannın adı Forbes və Blombergin zəngin biznesmenlərlə bağlı siyahılarında da xüsusi yer tutur.

Samvel Karapetyan ötən günlər Paşinyanla ciddi konfliktdə olan Erməni Apostol Kilsəsini müdafiə edərək hakimiyyətin kilsəyə qarşı apardığı siyasəti tənqid etmişdi.

Rusiyanın siyasi və biznes elitasına yaxın olan bu şəxsin belə açıqlaması təsadüfi ola bilməzdi.

Görünür ki, Paşinyan da məhz bu çıxışından sonra ona məxsus olan Ermənistan Elektrik Şəbəkəsini yenidən milliləşdirəcəyini açıqlamışdı.

Bundan sonra isə Ermənistan polisi onun evində axtarış apararaq saxlayıb, hazırda ona cinayət işinin açılacağı gözlənilir.

Xatırladıram ki, Samvel Karapetyan 2021-ci ildə “Qarabağdakı döyüş əməliyyatları dövründə silah, sursat və hərbi texnika qaçaqmalçılığı təşkil etməkdə ittiham edərək Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.

Müxalifət də onu dəstəkləyir. Xatırlayıram ki, bir neçə il öncə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsdən xilas etmək üçün həmin bu Samvel 4 milyon dollar girov qoymuşdu.

Zamanında Ermənistana və "Artsaxa" ən böyük investisiya yatıranlardan biri olub.

Beləliklə, Ermənistanın bütün telekommunikasiya, internet və enerji infrastrukturuna sahib olan, Azərbaycanın da axtarışa verildiyi Samvel Karapetyanın saxlanılması ciddi hadisədir.

Ümid edirəm Azərbaycana ekstradisiya da olunar.

Osman GÜNDÜZ,

Azərbaycan İnternet Forumunun prezidenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri