Icma.az
close
up
RU
Köçəryanla bağlı QƏRAR VERİLDİ İrəvan bu addımı da atacaq

Köçəryanla bağlı QƏRAR VERİLDİ İrəvan bu addımı da atacaq

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın daxili siyasi arenasında gərginlik pik həddə çatıb. Ölkənin "Hayastan" blokunun lideri, sabiq prezident Robert Köçəryana qarşı rəsmi şəkildə ittiham irəli sürülməsi gözlənilir. Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) keçmiş dövlət başçısına qarşı ittiham aktının irəli sürülməsinə artıq rəsmi icazə verib. Atılan bu hüquqi addımların davamı olaraq, R. Köçəryanın ölkədən kənara çıxışına da kəskin qadağa qoyulub. Bu qərar seçkiöncəsi dövrdə Ermənistandakı revanşist qüvvələrə qarşı ən sərt rəsmi reaksiya kimi qiymətləndirilir.

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baş nazir Nikol Paşinyan hələ seçki prosesindən əvvəl Robert Köçəryan və Samvel Karapetyana qarşı çox ciddi sanksiyaların və ölçülərin götürüləcəyinə dair anons vermişdi:

"Ümumiyyətlə, N. Paşinyanın atdığı bu addımları R. Köçəryan və S. Karapetyana qarşı yönəlmiş klassik siyasi repressiya kimi dəyərləndirmək doğru deyil. Çünki hər iki fiqur fundamental olaraq Ermənistan dövlətçiliyi üçün birbaşa potensial təhdid mənbəyidir. Robert Köçəryan hakimiyyətdə olduğu uzun illər ərzində ölkəsini Rusiyadan tam şəkildə asılı vəziyyətə salmağa çalışıb və idarəçiliyi dövründə kifayət qədər ciddi cinayətlərə imza atıb. Onun hazırda yürütdüyü və müdafiə etdiyi siyasi xətt bütövlükdə erməni xalqının milli maraqlarına tamamilə ziddir. Dördpendirli pizza

Moskva tərəfindən xüsusi missiya ilə göndərilən milyarder Samvel Karapetyanın əsas hədəfi isə Ermənistanı yenidən Rusiyanın orbitinə bağlamaq və ölkəni Azərbaycanla yeni bir qanlı müharibəyə sürükləməkdir. Belə bir avantürist fəaliyyət isə Ermənistanın bir dövlət kimi mövcudluğunu birbaşa sual altına qoyur. Hazırda S. Karapetyan əhalini mövcud hakimiyyətə qarşı yeni kütləvi etirazlara və itaətsizliyə səsləyir.

Göründüyü kimi, Paşinyan administrasiyasının bu şəxslərə qarşı tətbiq etdiyi təzyiqlər tamamilə hüquqi müstəvidə reallaşır və Ermənistanın dövlət suverenliyini qorumaq məqsədi daşıyır. N. Paşinyan Rusiyaya birbaşa bağlı olan və xarici dairələrin maraqlarına xidmət edən bu müxalifətin parlament daxilində rahat və azad şəkildə fəaliyyət göstərməsinə heç bir halda imkan verməyəcək".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyun 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri