Icma.az
close
up
RU
Köhnə avtobus, köhnə PROBLEM 161 nömrəli avtobus yenə yolda QALDI VİDEO

Köhnə avtobus, köhnə PROBLEM 161 nömrəli avtobus yenə yolda QALDI VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Hövsan sakinləri yenə eyni problemlə üzləşiblər. Hövsan-Suraxanı istiqamətində hərəkət edən 161 nömrəli marşrut avtobusu ötən gün axşam saatlarında növbəti dəfə yolda qalıb. Texniki nasazlıq səbəbilə sərnişinlər yolda düşürülüb və marşrut fəaliyyətini davam etdirə bilməyib.
Bu barədə Bizim.Media-ya sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, bu, nə birinci haldır, nə də sonuncu olacaq.
Çünki illərdir istismar olunan köhnə avtobuslar tez-tez sıradan çıxır, sürücülər və sərnişinlər isə hər dəfə eyni ssenarini yaşamaq məcburiyyətində qalırlar. İstismarda olan avtobusun texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi azmış kimi interval problemindən lap təngə gəliblər.
“Səhər işə gecikirik, axşam isə evə qayıtmağa avtobus tapmırıq. Dayanacaqda 45 dəqiqə - 1 saat avtobus gözləmək nə deməkdir? Hər gün eyni vəziyyətdir. Hələ avtobusun öz vəziyyətindən danışmıram. Ətraf qəsəbədəyik, deyə əziyyət çəkməliyik? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dəfələrlə avtobus parkının yeniləndiyini, Bakıətrafı qəsəbələrdə qalan yararsız avtobusların xəttdən çıxarılacağını bəyan edir. Niyə 161-lə bağlı problem həll olunmur.
Şikayət etməkdən yorulmuşuq. Axşam da yarı yolda qoydu bizi, sürücüyə deyirik ki, pulumuzu qaytar, bizi mənzilbaşına çatdırmamısan. Vecinə deyil. Əslində sürücülər özləri də köhnə avtobus idarə etməkdən beziblər”, - deyə sərnişin Zümrüd Əliyeva deyib.
Qeyd edək ki, bu marşrutla bağlı illərdir şikayətlər səsləndirilsə də, nəticə yoxdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha əvvəl dəfələrlə bu istiqamətdə yeni və müasir avtobusların veriləcəyi vəd edilsə də, proses uzanmaqda davam edir.
Əhalisi artmaqda olan Hövsan və ətraf ərazilərdə ictimai nəqliyyatın vəziyyəti narahatlıq doğurur. Marşrutların sayı az, avtobuslar isə köhnə və baxımsızdır. Sakinlər isə artıq səbrlərinin tükəndiyini və məsul qurumlardan konkret addımlar gözlədiklərini deyirlər.
Məsələ ilə bağlı AYNA-ya sorğu göndərilib.

Alçina Amilqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:511
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri