Icma.az
close
up
RU
Köhnə avtomobillər üçün vergi artırılıb

Köhnə avtomobillər üçün vergi artırılıb

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələn ildən Azərbaycana idxal olunan və istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılacaq. Bu dəyişiklik ölkəyə gətirilən köhnə avtomobillərin sayını azaltmaq və ekoloji standartlara uyğunluğu artırmaq məqsədi daşıyır. Bəs bu yenilik avtomobil bazarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Missiya.Az-a açıqlamasında bildirib ki, ölkənin minik avtomobil parkının böyük hissəsini yaşlı nəqliyyat vasitələri təşkil edir:

“2002-ci ilin göstəricilərinə əsasən, avtomobil parkımızın 86 faizdən çoxu 10 ildən yuxarı yaşı olan nəqliyyat vasitələrindən ibarət idi. Bu isə həm yollarda təhlükəsizlik, həm də ekoloji durum baxımından ciddi risk yaradırdı. Həmin dövrdə ekoloji nəqliyyat vasitələrinə – elektrik və hibrid avtomobillərə tətbiq edilən güzəştlər avtoparkın yenilənməsi istiqamətində mühüm addım oldu.”

Eyyub Əliyev əlavə edib ki, taksi parkının yenilənməsi, utilizasiya prosesinə start verilməsi və 10 ildən çox yaşı olan avtomobillərin idxalına məhdudiyyətin qoyulması da bu məqsədə xidmət edir:

“Yaşı 7-dən artıq olan avtomobillər üçün aksiz dərəcələrinin artırılması da avtoparkın gəncləşməsinə yönəlmiş növbəti addımdır. Əlbəttə, bu prosesdə bəzi işbazların süni qiymət artımı halları yarada biləcəyi istisna deyil. Amma ümid edirik ki, bazar mexanizmləri bunu tənzimləyəcək. Son illər ölkəmizə gətirilən müasir avtomobillər həm texnoloji, həm də ekoloji baxımdan daha əlçatandır".

Seyranə Quliyeva
Missiya.Az 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://missiya.az
archiveBu xəbər 12 Noyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri