Kök olanlar sonda işini də itirəcək
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Arıqlama qaydalarını həkim izah edir
Ağır çəkili, kök insanların iş tapmaqda çətinlik çəkdiyi, sahibkarların kök işçi arzulamadığı iddiaları son illərdə geniş yayılıb. ABŞ-dəki Şimali Karolina Universitetinin psixologiya üzrə dosenti Enrika Ruggs bildirib ki, vəzifəsinin öhdəsindən gəlməyi tamamilə bacardıqları halda, aşırı kök insanlar iş yerində ayrı-seçkliklə qarşılaşır.
İşçilərə qarşı yaşına görə, cinsi, irqi, etnik mənşəyi, hətta cinsi oriyentasiyası, dini və ya fiziki əngəlli olmasına görə ayrı-seçkilik Avropa və dünyanın bir çox ölkələrində qanunla qadağan olunsa da, biznesmenlər şişman insanları işə götürməkdən - və ya işdən çıxarmaqdan - çəkinmirlər: "Aşırı köklük, elə bir kateqoriyadır ki, insanlara, buna görə ayrı-seçkilik salmaq hələ də məqbul hesab olunur. Ən qəribəsi isə ABŞ-də bu qədər artıq çəkili insan olduğu halda, bunun hələ də pis qarşılanmasıdır". Çin sahibkarları isə kök işçilərdən xilas olmağın daha münasib yolunu tapıb. Çində şirkət rəhbərləri kök işçilərə daha az, arıq işçilərə isə daha çox əməkhaqqı verir. Və belə şərt qoyurlar ki, kök işçi səy göstərib arıqladığı halda əməkhaqqı yüksələcək. Bəlkə də, bu sərt qaydanın tətbiqi kök işçilərin vəzifəsinin öhdəsindən gəlib-gəlməməsiylə heç bağlı da deyil. Köklüyün orqanizmdə müxtəlif fəsadlara və xəstəliklərə yol açdığı bilindiyindən Çin hökuməti vətəndaşlarının sağlamlığının qayğısına qalmağın yeni bir üsulunu gerçəkləşdirir. Kimsə işini itirmək istəməz və əlbəttə ki, hər bir işçi daha çox əməkhaqqı almaqda maraqlıdır. O zaman arıqlamağa başlayın! Mütəxəssislər isə kor-koranə deyil, məhz sağlam arıqlamağı məsləhət görür. Bəziləri arıqlamağı yeməkdən 90 faiz imtinada görür, sözün əsl mənasında canlarına qəsd edirlər. Halbuki sağlam şəkildə arıqlamaq üçün elə də böyük zəhmət, mümkünsüz görünə bilən işlər tələb olunmur.
Sıfır həyəcan
Həkim-fitoterapevt Füzuli Hüseynov Sherg.az-a açıqlamasında sağlamlığa zərər vuran artıq çəkidən xilas olmağın yollarını göstərdi:

- Sağlam arıqlamaq necə olmalıdır, necə edək ki, həm arıqlayaq, həm də sağlam olaq və yaxud kökəlmək sağlamlıqdırmı kimi suallar, həm arıqları, həm də artıq çəkili insanları düşündürməkdədir. Arıqlamaq üçün bir çox üsullar var, məsələn, müxtəlif dietalar, yağlı və zülallı yeməklərin azaldılması və s. Dieta ilə arıqlamağın bir sıra zərərləri vardır. İnsanın dieta üçün seçilmiş yeməkləri daima yeməsi bədəndə vitamin və mineral çatışmazlığına səbəb olur. Bundan bezmiş insanlar dietanı buraxır və sürətli şəkildə əvvəlkindən də artıq kilo almağa başlayır. Sağlam şəkildə arıqlamaq istəyənlər əvvəlcə həyəcanı uzaqlaşdırmalı, çox güclü arıqladıcı vasitələrdən qaçmalıdırlar, arıqlamaq yavaş -yavaş, səbrlə və ən əsası bu işdən həzz alaraq reallaşdırılmalıdır. Mən öz praktikamda arıqladıcı vasitələrin yazda daha çox satılmasının şahidi olmuşam, niyə bu belədir, izah edim. Deməli, qışda geyindiyimiz qalın paltarlar yaz gəldikcə yavaş-yavaş nazikləşməyə başlayır, artıq çəkili insanlar bundan həyəcana düşərək yayda sürətli şəkildə arıqlamağa başlayırlar. Bu, yanlış düşüncədir. Arıqlamağa başlamaq üçün vaxt və zaman yox, iradə lazımdır, vəssalam. Bunu isə hər zaman etmək olur, yay-qış fərq etməz. Arıqlamaq üçün bir neçə vasitədən istifadə etmək vacibdir. Bunlar: İşlədici vasitələr, xatırladım ki, Azərbaycanda bu üsul həmişə istifadə olunur, sidikqovucular bədəndən suyu çıxarırlar, iştahkəsicilər və oksidləşdiricilərdir, çünki onlar bədəndə olan piyləri yandırırlar. Bunlar səbrlə növbə ilə edilməli və bütün bunlarla bərabər fiziki aktivliyi artırmaq çox yerinə düşər.
Çeynəmək və yenə də çeynəmək...
Həkim qeyd etdi ki, arıqlamaq istəyən insanlar əvvəlcə buna mənəvi cəhətdən hazır olmalıdır:
- Birinci qayda ağızdan başlayır. Ağzınızda olan hər bir tikəni 30 dəfəyə yaxın çeynəmədən udmayın. Yaxşıca çeynənmədən udulmuş yeməklər çətin həzm olunur, ağız suyu az ifraz edildiyindən qida da tam əzilmir, həzmi də çətin olur və sonda piylənməyə səbəb olur. Heç kim piylənməni sağlamlıq hesab etməsin, piylənmə maddələr mübadiləsinin pozulması, bağırsaqlardan iri piy hüceyrələrinin qana keçməsi və sonda toxumalara toplaşmasıdır. Piylənmə sizi gələcəkdə ağır xəstələklərin ağuşuna daşıyacaqdır. Piylənmə, şəkər xəstəliyinə açıq qapıdır, piylənmə ürək xəstəliklərinin ilkin bünövrəsidir, piylənmə yorğunluq, təngənəfəslik və tənbəllik xəstəliyinin əsasıdır. Arıqlamaq üçün birinci yaxşı olar ki, oksidləşdiricilərdən başlansın. Oksidləşdirici bitkilər bədəndə piyləri yavaş-yavaş yandırır, arıqlama çox zəif sürətlə olsa da, amma çox faydalı olur. Oksidləşdiricilərin başında bal gəlir desəm, yanılmaram. Çalışın səhərlər bal yeyin. Bal piyləri əritmək üçün çox əla bir vasitədir. Alma sirkəsindən istifadə edin, gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı alma sirkəsini 1 stəkan çiy suya qarışdırıb için. Bunu fasiləsiz belə edə bilərsiniz. Əgər təzyiqiniz aşağıdırsa və ya qan azlığınız varsa, onda 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Oksidləşdirici bitkilərə yaşıl çay, qırmızı pul bibər, zəncirotu kökü, zəncəfil, çobanyastığı, acırğa (xren), sarıkök, darçın daxildir. Bunların yarısı ədviyyat, yarısı isə dərman bitkiləridir. Dərman bitkilərini bir-birlərinə qarışdırın. Yaşıl çay, zəncirotu kökü, zəncəfil kökü, çobanyastığı, darçın. Qarışıqdan 2 orta xörək qaşığı 3 stəkan suda dəmləyin, gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl, 1 stəkan için. Bu qarışımı bir ay içəndən sonra işlədicilərə keçmək olar. İşlədici bitkilərəsə kövrək murdarça qabığı, Səna yarpağı, Murdarça meyvəsi, novruz şaxtagülü kökü daxildir. Deməli, bu bitkiləri bir-birinə qarışdırıb istifadə etmək olmaz, bu bitkilərdən yalnız birini götürüb başqa bitkilərlə qarışdırmaq olar. Bu haqda ayrıca geniş məlumat verilməlidir. Amma işlədici bitkiləri 1 aydan artıq içmək olmaz, çünki bağırsaqları tənbəlləşdirir. İştahkəsici bitkilərə Adaçayı, Gülxətmi kökü, Cəfəri, Zəyərək, Çia toxumu daxildir. Bu bitkiləri də bir-birinə qarışdırmaq olmaz. Sonra keçirik sidikqovucu bitkilərə. Kəkotu, Gülümbahar, Qatırquyruğu, Tozağacı yarpağı, Ardıc meyvəsi, Qarğıdalı saçağı... Arıqlamaq istəyənlər bu metodlardan 1 ay istifadə edib, sonra təkrar başlaya bilər.
Səhər yeməyi mütləqdir
F.Hüseynov bildirdi ki, sağlam orqanizmə sahib olmaq və artıq çəkidən xilas olmaq üçün vacib şərtlər var:
- Günə sağlam və balanslı səhər yeməyi ilə başlamaq mütləqdir. Ən sağlam arıqlamaq üsullarından biri səhərlər bədəni enerji ilə təmin etməkdir. Pəhriz planında səhər yeməyi bədənin metabolizmini aktivləşdirir. Qidalanma planı səhər yeməklərində protein, lif və yaxşı yağlarla zəngin olmalıdır. Ən effektiv arıqlamaq üçün yollar səhər yeməyində yumurta, avokado, yulaf və tərəvəz kimi məhsulların istifadəsini tövsiyə edir. İdmanla arıqlamaq istəyənlər üçün səhər yeməyi məşqdən əvvəl enerji mənbəyi rolunu oynayır. Sağlam səhər yeməkləri həm də bədən formasını düzəltmək üçün mühüm rol oynayır. Səhərlər yüksək şəkərli qidalardan uzaq duraraq şəkərsiz qidalanma vərdişi formalaşdırmaq mümkündür. Səhər yeməyi zamanı az kalori ilə arıqlamaq prinsipinə diqqət yetirmək vacibdir. Əgər məqsədiniz kilo vermək və sağlam həyat tərzi yaratmaqdırsa, səhər yeməyinizi əsla atlamayın. Əlavə olaraq, səhər yeməyində proteinlə zəngin pəhriz seçimləri metabolizmi daha da sürətləndirir. Unutmayın ki, sağlam bir səhər yeməyi metabolizmi sürətləndirmək və gün boyu enerjili qalmaq üçün vacibdir. Gün ərzində kifayət qədər su içmək, şəkərli və işlənmiş qidalardan uzaq durmaq, pəhriz zamanı şəkərsiz qidalar seçmək həm bədəni təmizləyir, həm də enerjini artırır. Qidalanmada konservantlı və çox işlənmiş məhsullardan qaçmaq lazımdır. Şəkərli içkilər, şirniyyatlar və hazır paket yeməklər bədən formasını düzəltmək prosesini ləngidir. Az kalori ilə arıqlamaq istəyənlər üçün şəkərsiz təbii məhsullar əla alternativdir. Ümumiyyətlə, hər bir insan kiçik porsiyalarla tez-tez qidalanmağı öyrənməlidir. Gündəlik fiziki aktivlik və idman etmək də ən önəmli vasitədir.
İdman və yuxu
Həftədə ən az 3-4 dəfə idman etmək sağlam həyat tərzi formalaşdırmaq üçün idealdır. Axşam saatlarında ağır yeməklərdən çəkinmək vacibdir. Ən sağlam arıqlamaq yollarından biri günün sonuna yaxın bədənin yüklənməsini minimuma endirməkdir. Yuxu rejimini nizamlı saxlamaq da önəmlidir. Sağlam bir şəkildə arıqlamaq istəyənlər üçün düzgün və nizamlı yuxu rejimi çox vacibdir. Sağlam arıqlamaq metodlarından biri bədənin bərpa olunmasına şərait yaratmaqdır. Araşdırmalar göstərir ki, yuxusuzluq pəhriz nəticələrini mənfi təsirə məruz qoyur.
F.Hüseynov qeyd etdi ki, stressi idarə etmək və emosional yeməkdən uzaq durmaq sağlam arıqlamağın əsas şərtlərindən biridir:
- Sağlam arıqlamaq üsullarından biri stressə qarşı effektiv mübarizə metodları tapmaqdır. Stress altında bədən kortizol hormonu ifraz edir və bu da pəhriz nəticələrinə mənfi təsir göstərir. Qidalanmada emosional yeməyə meyil artarsa, alınan kalori nəzarətdən çıxır. Arıqlamaq üçün yollar arasında stressə qarşı nəfəs məşqləri, meditasiya və idman vacib rol oynayır. Mühüm məqam ondan ibarətdir ki, trans yağlardan və hidrogenləşdirilmiş yağlardan tamamilə uzaq durmaq lazımdır. Təbii və sağlam yağlar qəbul edənlərdə şəkərsiz qidalanma vərdişləri daha davamlı olur və aclıq hissi azalır. Orqanizmi faydalı yağlarla gücləndirmək lazımdır. Tərəvəz və liflə zəngin qidalar menyunun əsas hissəsini təşkil etməlidir. Qidalanma planı çərçivəsində təbii meyvə və tərəvəz şirələri, yaşıl yarpaqlı tərəvəzlər və antioksidantla zəngin məhsullara yer verilməlidir.

