Kökəlmisən deyənlərə Zaurdan sərt reaksiya Video
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zaur Baxşəliyev artıq çəkisi ilə bağlı tənqidlərə cavab verib.
Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşdığı videoda kökəlməsi ilə bağlı ünvanlanan suallara əsəbiləşib. Zaur bu mövzunun onu narahat etmədiyini deyərək bunları söyləyib:
"Özünüzə niyə dərd edirsiniz ki, kökəldim və ya arıqladım? Qarın da mənimdir, onu daşıyan sümük də, piy də, paltar da mənim. Qarnım kiməsə narahatlıq verirsə, problem yarana bilər. Amma onu özüm daşıyıramsa, niyə narahat olum? Kef edin, özünüzlə fəxr edin, özünüzü sevin. Özünüzə, bədəninizə dəyər verin. Ruhunuza, düşüncənizə baxın. Cism boş şeydir. İnsanın ruhu gözəl olmalıdır".
Aparıcı son vaxtlar bir qədər çəki aldığını da etiraf edib:
"5-6 kiloqram kökəlmişəm, amma bunu özümə dərd etmirəm. Hətta çox sevirəm. Daha da kökəlməmək üçün hər səhər yürüş edirəm. Qeyri-ənənəvi yollarla, süni müdaxilələrlə arıqlamağa cəhd göstərmirəm. Bunun ağır fəsadları ola bilər. Orqanizm yaşlandıqca müqaviməti azalır. Süni üsullarla arıqlamağın gələcəkdə çox pis təsirləri ola bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 20 İyul 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















