Icma.az
close
up
RU
Kölgə varsa, işıq da var Türkan Turan yazır

Kölgə varsa, işıq da var Türkan Turan yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkan TURAN

Bura Osmanlı İmperatorluğunun Qərbə inteqrasiya etdiyi ilk dönəmlərdə barok üslubunda inşa edilən abidələrdən biri, hətta birincisidir. Nuruosmaniyəni deyirəm. Külliyə şəklində inşa edilən məscid ecazkar gözəlliyi, əzəməti və böyüklüyünə rəğmən, hər daşında özünü göstərən zərafəti ilə insanı tilsimləyir. Abidə Qapalıçarşı, Çəmbərlidaş, Cağoğli arasında Osmaniyə səmtində, Molla Fənari məhəlləsinın Vəzirxan küçəsində yerləşir. Qapalıçarşının 24 qapısından biri olan "Nuruosmaniyə qapısı" məscidin həyətinə açılır. Bu da  minlərlə insanın hər gün çarşıya getməyi üçün buradan keçməyi mənasına gəlir. Möhtəşəm memarlığı ilə insanı heyrətləndirən bu abidə məscid, mədrəsə, imarət, imarətə bağlı yemək yerləri, çeşmə, su fəvvarəsi, uşaq məktəbi və hökmdar məqsurədən ibarətdir.

Qardaş əmanəti

Külliyənin inşası 1748-ci ildə Sultan I Mahmud dönəmində başlayır. Lakin bir müddət sonra padşah vəfat edir və işlər yarımçıq qalır. Ondan sonra taxta keçən III Osman qardaşının başladığı işi tamamlamağa qərar verir və abidə 1755-ci ildə ibadətə açılır. Əslində məscidin memarının Mustafa Ağa olduğu deyilir. Ancaq abidəyə baxan kimi bilirsən ki, bura ya rum, ya da erməni memarın əlindən çıxıb. Yaxınlaşanda isə üzərindəki məlumatda oxuyub öyrənirsən ki, həqiqətən də məscid iki memar tərəfindən inşa edilib. Amma əsas rol oynayan rum və erməni əsilli olduğu deyilən Simon Kalfa olub. Bəzi qaynaqlar Simon Kalfanın baş memar Mustafa Ağanın köməkçisi olduğunu deyir. Bəlkə də, baş memar vəzifəsində olduğuna görə, abidənin ərsəyə gəlməsindəki əsas memar adı ilə Mustafa Ağa özünü  daha çox önə çıxardıb. Açığı, maraq güc gəldi, bir az araşdırdım, ancaq baş memarın başqa əsərinə rast gəlmədim. Ümumiyyətlə, tarix çox təhrif olunur. Mütəmadi üzləşirsən və bu da insanı çox yorur. Önünə qoyulanla qane olanların xoş halına.

Əsrarəngiz memarlıq

Məscidin qübbəsi göründüyü hər yerdən görənləri özünə çəkir. Klassik Osmanlı məscidlərindəki minarələr sadə və küpə şəklində olduğu halda, bu abidə hilal təpəcikli, çölə doğru qıvrılan, bir növ buynuz formasını xatırladan minarələrə sahibdir. Kitabələrdəki yazılar düyü ilə yazılıb. Məscid dördbucaq planda inşa edilib. Çıxıntılı mehrabı və 14 qübbəsi görənləri valeh edir. Yarım dairə tərzində dizayn edilən daxili atrium, 12 sütun üzərində oturdulan qübbələrlə örtülüdür. Daxili divarların üstünə yerləşdirilən qübbənin ətrafı kəmərlərlə əhatələnib. Pəncərələrdə isə klassik xətlərdən fərqli olaraq oval və bəzəkli dizaynlar diqqət çəkir. Beş sıra şəklində yerləşdirilən pəncərələrin sayı ümumilikdə 174 ədəddir. Bu isə məscidin içərisinin təbii şəkildə aydınlanmağı deməkdir. Barok üslubu sadəcə məscidin görüntüsündə deyil, ən xırda naxışlarda, bəzəklərdə də özünü bəlli edir. Pəncərələrdəki qızılı rəngli ulduz bəzəklər, aydınlıq gecə təsiri bağışlayır insana. Eyni zamanda Osmanlı klassik memarlığından fərqli mənzərə bəxş edir. Pəncərə kənarlarının işləmələri daxili məkanda estetik bütünlük yaradaraq gözəlliyini daha da artırır. İbadətgahın fasadı 3 əsas parçadan ibarətdir. Birinci hissə pəncərəyə qədər ucalır, ikinci hissə pəncərədən qübbəyə qədər olan məsafəni əhatə edir, üçüncü hissə qübbədən minarəyə qədər olan yerə uzanır. Pəncərələr simmetriyalıdır. Fasadda çıxıntılı naxışların qatbəqat olmağı məscidin memarlığına dinamika qatır. Ziyarətgahın yan qapısında hökmdar girişi, sol qapıdan məsciddə işləyənlərə aid giriş mövcuddur. Əsas qapıya hündür pilləkənlərlə çıxmaq mümkündür.

Dəmir barmaqlıqların ilk istifadəsi

Hökmdar məqsurəsində dəmir barmaqlıqlardan istifadə edilib. Bu isə o dönəm üçün memarlıqda yenilik hesab edilir. Tarix boyu məruz qaldığı yanğınlar, zəlzələlər ucbatından müxtəlif yenilənmə və təmirdən keçir. Ancaq buna baxmayaraq, aparılan restavrasiyalarda orijinalığı qoruyub saxlamağı bacarıblar.

Bataqlıqda yatan gözəllik

Əslində, Osmanlı memarlığının dönüm nöqtəsi olaraq qəbul edilən bu məscid sirlərlə doludur. On altı il əvvəl restavrasiya işləri aparan qrup  abidənin altında ən az özü qədər dəyərli sərvəti ortaya çıxardırlar. Sən demə, məscidin altı digərləri kimi təməldən ibarət deyilmiş, sarnıca bənzər zirzəmi üzərində inşa edilibmiş. Bu isə nadir memarlıq nümunəsi hesab edilir. Zirzəmini bərpa etmək üçün içindən 420 kamaz palçıq çıxarılır və 9 metr dərinlikdə olduğu məlum olur. Beləliklə, üç yüz ilə yaxın yaşı olan məscidin altında indiyə qədər heç kimin bilmədiyi 825 metr genişlikdəki zirzəmi ortaya çıxarılır. Burada 12 otaqla birlikdə, ümumilikdə 19 bölməli yerlər və hələ də fəaliyyətdə olan su quyusu mövcuddur. Zirzəmi Yerəbatan Sarnıcına bənzəyir. Hətta deyərdim ki, eynisidir. Açığı, içərini gəzərkən əmin idim ki, bura əvvəllər sarnıc olub.

Ancaq düşündüyüm kimi deyilmiş. Sən demə, tez-tez baş verən zəlzələlərdə abidənin yerlə-yeksan olmağının qarşısını almaq üçün "redye" bünövrə kimi inşa ediblər bu məscidi. O dövrdə qısıtlı materiallarla zəlzələni nəzərə alıb bina tikən insanlardan, hər cür şəraitə, inkişaf etmiş texnologiyası olmağına rəğmən, təməlin möhkəm olub-olmadığına əhəmiyyət verməyən adamların dövrünə gəlib çıxdıq.

Zizəmidə hələ də fəaliyyət göstərən, şəlalə kimi axan su var. Araşdırmalar zamanı, məlum olub ki, bu su Mahmudpaşa məscidi ətrafındakı bir neçə çeşməyə, hətta Haliçə qədər gedib çıxan drenajdır. Əslində, alimlər Sultanəhməd Məscidi ilə bağlı araşdırma apararkən həmin drenajı üzə çıxarmışdılar, lakin mənbəyini tapa bilmirdilər. Burada aparılan qazıntılarda üzə çıxan mənbəyin axtardıqları olduğunu öyrənən alimlər heyrətə düşürlər. Özləri də etiraf edirlər ki, belə bir layihəyə bundan əvvəl rast gəlməyiblər.

Zirzəmidə sərgi

Hazırda Məscidin zirzəmi qatı olan bu yer sərgilərə ev sahibliyi edir. İçəriyə giriş arxadan, çarşının içindəki dar və balaca qapıdandır. Sonuncu dəfə 2022-ci ildə müvəqqəti açılan zirzəmi, bu günlərdə qapılarını yenidən sənətə açıb. Öyrənən kimi vaxt itirmədən qeydiyyatdan keçib abidəyə üz tutdum. Zirzəmi 3 Beynəlxalq Yedditəpə Bienali çərçivəsində sərgilərə ev sahibliyi edir. Modern sənətin qədim zirzəminin içində təşkil ediməsi mistik atmosfer meydana gətirib. Sərgi iyun ayının 18-ə qədər hər gün ziyarətə açıq olacaq. Həm yerli, həm fərqli coğrafiyalardan olan 263 sənətçinin 18-nin əsəri burada sərgilənir.  "Kölgə varsa, işıq da var" adlı sərgi, insanın varoluşu, yaradılışı, ənənəvi əl sənətləri ilə qədim ruhu arasında mənalı körpü qurmağa çalışır. Əsərlər insanı kölgəsi ilə qarşılaşdırır. Bu, elə dərin üzləşmə olur ki, qaranlıq mağarada özünü qeyri-müəyyən hiss edərkən, çölə, yəni aydınlığa çıxanda özünü sorulamağa başlayırsan. Daha dəqiq desəm, insan burada özünü aidiyyətsiz hiss edir. Həm qaranlıq, həm soyuq, həm da qədim olan bu yerdə gəzərkən sənə elə gəlir ki, hansı dövrə doğru olduğunu bilmədiyin zaman tunelinin içindəsən.

Hər şey ziddi ilə mövcuddur

Zirzəminin tavanı oyuqlarla doludur, dəhlizləri dar, divarları kəsmə daşdan ibarətdir. Bütün bunlar nəzərə alınaraq, əsərlər abidənin içərisində ilmə-ilmə, incə-incə işlənib. Hətta burada elə əsərlər var ki, qarşısında dayanmaqla kifayətlənmək olmur, ətrafında gəzinmək, fərqli rakurslardan baxmaq, yaxınlaşmaq, uzaqlaşmaq lazımdır ki, nə olduğnu anlayasan. Sərgilənən əsərlər bunları tələb edir. Məsələn, "Mavi işıq" əsəri var, lazerlədir. Zülmətin içində əlini qaranlıq divara şığıyan həmin zolağa tutursan, kölgədə fərqli formalar yaranır. Bu vaxt özünü işıqlara hökm edən cəngavər kimi hiss edirsən. Qarşısına keçirsən, yaralanmış aslan olduğunu düşünürsən. Burada sərgilənən əsərlərin hər birində bənzər reaksiyalar yaşamaq olur. Bu vəziyyət ziyarətçi ilə əsər arasında körpü qurmağa şərait yaradır. Nəticə olaraq, Nuruosmaniyə zirzəmisi Bienalın ən çox maraq görən, ən əsrarəngiz, bəlkə də ən sehrli görünən sərgi mərkəzidir. Təsəvvür elə, sən aşağıda modern dünya ilə keçmiş dönəm arasında var gəl edirsən, həmin vaxt başının üstündə yüzlərlə adam "Allahu Əkbər" deyib səcdəyə gedir.

Bir-birinə ziddir, amma bir-biri ilə bütünlənən bu mənzərə beynimdə xüsusi yeri olan Platonun həb kimi sözünü gətirdi. Filosof deyir ki, "bənzərin bənzərə heç bir faydası yoxdur, hər şey ziddi ilə qidalanır". Nuruosmaniyə bu möhtəşəm sözün daşa-dəmirə çevrilmiş halıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri