Icma.az
close
up
RU
Kollec məzunu olan müəllimləri yenidən MİQ imtahanı verməlidir AÇIQLAMA

Kollec məzunu olan müəllimləri yenidən MİQ imtahanı verməlidir AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Müstəqilliyin ilk illərindən kollec məzunlarının müəllim kimi fəaliyyətə başlaması diqqətçəkən tendensiyalardan birinə çevrilib. Həm ümumtəhsil məktəblərində, həm də incəsənət və musiqi yönümlü ixtisaslaşan məktəblərdə dərs deyən bu kateqoriya pedaqoqlar, ilk baxışdan təcrübəyə əsaslanan praktik biliklərlə təhsilə töhfə verməyə namizəd hesab olunsalar da, son illərdə keçirilən sertifikasiya və attestasiya imtahanlarının nəticələri fərqli mənzərəni ortaya qoyur.

Xüsusilə müəllimlərin sertifikasiyası üzrə nəticələr kollec məzunu olan müəllimlərin böyük bir qisminin müasir təhsil tələblərinə cavab verməkdə çətinlik çəkdiyini göstərir. Musiqi məktəblərində keçirilən attestasiya imtahanları isə bu sahədə çalışan müəllimlərin metodik və nəzəri biliklərinin kifayət qədər zəif olduğunu ortaya çıxarır. Bu vəziyyət həm təhsilin keyfiyyəti, həm də şagirdlərin inkişaf perspektivləri baxımından suallar doğurur və kollec məzunlarının müəllim kimi sistemə daxil olma meyarlarının yenidən gözdən keçirilməsini zəruri edir.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri Modern.az-a bildirib ki, son illərdə keçirilən imtahanlarda kollec və universitet məzunu olan müəllimlərin müqayisəsi göstərir ki, orta-ixtisas təhsil səviyyəsində dərs alan müəllimlərin sertifikasiya və attestasiyası nəticələri çox aşağıdır:

“Bu günlərdə musiqi müəllimlərin attestasiyasından 500-ə yaxın müəllim imtahanı keçə bilmədiyi üçün işinə xitam verildi. Eyni vəziyyəti bir il yarım əvvəl məktəblərdə dərs keçən müəllimlərin sertifikasiyalarının nəticələrinin elmi-analtik təhlilində iştirak zamanı müşahid etmişdik. Nazir Emin Əmrullayev də sertifikasiyadan keçməyən müəllimlərin böyük əksəriyyətinin, hətta az qala hamısının kollec məzunu olduğunu, onların da böyük faizinin hazırda fəaliyyətdə olmayan və bağlanan təhsil müəssisə kimi tarixə qovuşan təhsil müəssisələrinin məzunları olduğunu demişdi. Sertifikasiyadan kəsilən müəllimlərin 90 faizə yaxını da məhz kollec məzunu olub”.

E. Nuri onu da vurğulayıb ki, hazırda orta ümumtəhsil müəssisələrində dərs deyəcək müəllimlərin son bir neçə ildə kolleclərə qəbul olma və oranı bitirmək şansı yoxdur. 

“Bu işlərlə praktiki məşğul olan biri kimi əminliklə deyə bilərəm ki, kolleclərdə artıq pedoqoji ixtisaslar yox səviyyəsindədir. Əvvəllər ibtidai sinif müəllimliyi ixtisası başda olmaqla Azərbaycdan dili, ədəbiyyat, tarix, coğrafiya və digər fənlər kolleclərdə də tədris olunurdu. Oranı bitirən müəllimlər sonra məktəblərdə işləyə bilirdi. Ancaq son bir neçə ildə kollec səviyyəsində pedoqoji ixtisaslar demək olar ki yığışdırıldı. Sadəcə bir neçə pedoqoji ixtisas kolleclərdə saxlanılıb ki, bunlar da fiziki tərbiyyə, təsviri incəsənət, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq müəllimi ixtisaslarıdır. Bundan başqa bir neçə əlavə pedoqoji ixtisaslar – ev və ailə təhsili, inklüziv təhsil, korreksiyaedici təlimlər də orta - ixtisas təhsil səviyyəsində keçirilir”.

Təhsil sahələri üzrə tədqiqatçı bildirib ki, 1990-cı illərdə kolleci bitirib məktəblərdə dərs deyən müəllimlər Müəllimlərin İşə Qəbulu imtahanına cəlb olunmalı və bu imtahanda iştirak etdikdən sonra müəllim adını qazanmalıdırlar. 

“Kollec təhsilinin keyfiyyəti göz önündədir, amma bu səbəbdən kolleclərdən tamamilə imtina edə bilmərik, sadəcə yeni mexanizm irəli sürməliyik. Məsələn 2019-cu ildə yeni mexanizm ortaya atıldı ki, kolleclərdə ortalama göstəriciləri yuxarı olan şəxslərin imtahansız, ixtisasları üzrə universitetlərə qəbul ola bilərlər. Bu, kolleclərə marağı birə beş artırdı. Həmin qərara qədər kolleclərə maraq yox səviyyəsində idi. Ötən il ixtisas seçimində də bunun şahidi olduq – kolleclərdə ixtisas seçiminə olan rəqabət heç universitetlərdə yox idi. Bu qəbildən bir neçə mexanizm olmalıdır ki, kolleclərə marağı artırmaqla yanaşı, onların keyfiyyətini artıraq. Burada da tək pedoqoji proses deyil, ümumi problem həll olunmalıdır”- deyə sonda o qeyd edib.   
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Aprel 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri