Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Kolleksiyaçı Əmir Oskoui: Azərbaycan xalçaları dünya kolleksiyaçıları üçün çox qiymətlidir AZƏRTAC

Kolleksiyaçı Əmir Oskoui: Azərbaycan xalçaları dünya kolleksiyaçıları üçün çox qiymətlidir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 yanvar, Günel Alıyeva, AZƏRTAC

Xalçaçılıq sənəti naxışlarda əksini tapan sehrli aləmdir. Burada hər bir ilmə böyük tarixin bir hissəsinə çevrilir, hər bir naxış isə ustanın sirrini qoruyub saxlayır. Xalça toxumaq təkcə gözəl məmulat hazırlamaq deyil, həm də ustaların əsrlərboyu öz xalqının mədəniyyəti, ənənələri, hətta şəxsi qayğıları barədə söhbət açan ünsiyyət dilidir.

Həmsöhbətimiz xalça kolleksiyaçısı Əmir Oskouidir. Hələ atasının əntiq əşyalar dükanında satıcı işləyərkən, o, özündə nəfis toxunmuş xalçalara və tekstil məmulatlarına böyük həvəsi kəşf edib. Əmir sonradan Təbrizdə tanınmış qədim xalça taciri olan Həsən Əhaninin şagirdi oldu.

2007-ci ildə Əmir Oskoui ABŞ-a köçüb və Amerika şirkətində işləməyə başlayıb. İki il yarım xalça ticarətini öyrənərək öz biznesini açıb və 2018-ci ildə Azərbaycan saray xalçalarını toplamağa başlamaq qərarına gəlib.

Dörd il sonra Əmir Oskoui öz xalça mağazasını açıb. Əvvəlcə o, antik xalçaların satışına diqqət yetirirdi, lakin sonra xalçaların bərpası ilə bağlı biznesini genişləndirdi. Əmir tezliklə bərpa üzrə mütəxəssislərdən ibarət komanda toplayıb və xalçanın bərpası prosesini özü öyrənməyə başlayıb.

- Əmir müəllim, xalçaya marağınız necə yarandı?

- Uşaqlıqdan xalça ilə əlaqəm olub. Bu, atamın işi idi, amma xalçalarla xüsusi mənəvi bağlılığım olduğunu deyə bilərsiniz. Böyüdükcə məni təkcə xalçaların özü deyil, həm də onların sirri, müxtəlifliyi və tarixi cəlb etdi, məndə bu heyrətamiz dünyanın daha nələr gizlətdiyini öyrənmək istəyi yarandı.

Nə vaxtsa başqa bölgələrin xalçaları ilə tanış olmaq və bu sahədə biliklərimi genişləndirmək üçün səyahətimi davam etdirmək qərarına gəldim. Bu yol məktəbə bənzəyir: hər il yeni səviyyəyə keçirsən, yeni bir şey öyrənirsən və hər addımda çətinlik artır.

Əvvəlcə xalçalara, sonra isə tikmələrə, parçalara, kilimlərə maraq göstərdim. Xalçaların dünyası inanılmaz dərəcədə genişdir və heç kim onun haqqında yüz faiz məlumatlı olduğunu iddia edə bilməz. Kim bunun əksini deyirsə, sadəcə olaraq özünü aldadır. Hətta mən özüm də təcrübəmə baxmayaraq, hələ də öyrənmə prosesindəyəm. Bu iş sürprizlərlə doludur. Hər gün elə nadir və bənzərsiz nümunələrə rast gəlirsən ki, onlar səmimi heyranlıq və öyrənmək istəyi yaradır. Nə qədər çox öyrənsən, məsələyə bir o qədər bağlı olursan. Mənim üçün xalçanın hər yeni kəşf edilmiş sirri yoluma davam etmək üçün inanılmaz enerji və ilham mənbəyidir.

- Öz xalça mağazanızı açmaq qərarına necə gəldiniz?

- Dörd il dünya standartlarına uyğun xalça ticarəti üzrə ixtisaslaşmış bir ustanın yanında çalışdıqdan sonra öz mağazamı açmaq məntiqli addım idi. Bu illər ərzində nəinki peşənin incəliklərinə yiyələndim, həm də irəli getməyə hazır olduğumu hiss edirdim. Bir anda mən başa düşdüm: artıq özümə aid bir şey yaratmağın vaxtı gəldi. Beləliklə, mağazamı açdım və xalça dünyasında peşəkar karyerama başladım.

Əvvəlcə, yarı antikvar xalçalara diqqət yetirdim, lakin zaman keçdikcə bu, qeyri-kafi oldu. Əntiq xalçalar, xüsusən Yörük xalçaları məni cəlb etdi. Bu, ehtiras, ruh və tarixlə dolu çox xüsusi bir dünyadır. Hər əsər sanki öz hekayəsini danışırdı və bu kəşf məni yeni reallığa apardı. Mənəviyyata həmişə dəyər verən, dərin mənalar axtaran insan üçün bu dünya əsl ilham mənbəyi oldu. Mən öz yerimi tapdığımı hiss etdim və bu, mənə irəliləmək üçün daxili güc verdi.

- Antikvar xalçaların bərpasında mütəxəssislərlə işləmək sizin üçün nə dərəcədə vacib idi? Bu proses sizə nə verdi?

- Amerika antikvar xalça bazarında belə əşyaların alınıb-satılmasının çox vaxt bərpa bacarıqları tələb etdiyini gördüm. Bu, məni həmin sənəti öyrənməyə sövq etdi. Mən bərpa mütəxəssisləri ilə əməkdaşlığa başladım, peşəkarlardan ibarət komanda yaratdım və tədricən onların bacarıqlarını mənimsədim. Başa düşdüm ki, xalçanı həqiqətən dərk etmək üçün onu içəridən öyrənmək lazımdır: necə toxunub, hansı materiallardan hazırlanıb, hansı texnologiyalardan istifadə olunub.

Bərpa zəhmətli və uzun bir prosesdir. Bəzi işlər həftələr, bəzən hətta aylar çəkir. Bütün mərhələlər başa çatdıqdan və son yuyulmadan sonra xalça tamamilə bərpa olunur: döşəmədən çıxarılır və divarları bəzəmək üçün istifadə olunur. Bu proses mənə böyük zövq verir. Mövlanənin dediyi kimi: “Daşdan qopduq, yerə düşdük, torpaq olduq. Toxum torpağa düşdü və ondan cücərti çıxdı. Cücərtini heyvan yeyib, heyvanı insan yeyib, indi qanad alıb uçacağıq”. Bu fikir xalçalarda gördüyüm yüksəliş və transformasiya prosesini əks etdirir.

- Dünyada xalçaçılıq sənətinə maraq göstərən insanların Azərbaycan xalçalarına münasibəti necədir?

- Azərbaycan xalçaları dünya kolleksiyaçıları üçün böyük dəyərə malikdir. Onların hər biri Azərbaycan xalçasına sahib olmaqdan qürur duyur, çünki o, təkcə sənət əsəri deyil, dərin tarixə, yüksək estetik dəyərə malik, heyranlığa və tanınmağa layiq mədəni irsdir.

- Sizcə, Azərbaycan xalçalarının xalçaçılıq sənətinin digər növlərindən əsas fərqləri nədən ibarətdir? Hansı xüsusiyyətlər onları unikal edir?

- Azərbaycan xalçaları, xüsusən də köçəri xalçaları (yörük) təkrarolunmaz estetikası ilə seçilir. Aydın simmetriya və ya asimmetriya görə biləcəyiniz digər ölkələrin xalçalarından fərqli olaraq, bizim xalçalarımız çox vaxt ciddi simmetriyadan məhrumdur və bu, onların xüsusi gözəlliyini yaradır. Unikallıq rəng palitrasında əks olunur: məsələn, tünd göy birdən-birə daha açıq rəngə keçə bilər ki, bu da xalçaya dərinlik və ifadəlilik verir. Digər mühüm cəhət onların keyfiyyəti və davamlılığıdır ki, bu da əsas rol oynayır, Azərbaycan xalçalarını təkcə gözəl deyil, həm də praktik edir.

- Kolleksiyanızdan hansı xalçaya daha çox dəyər verirsiniz? Onun tarixi və mənəvi əhəmiyyətini bizimlə bölüşə bilərsiniz?

- Kolleksiyamı toplayanda onun Səfəvilər dövrünün ruhunu, xüsusən də sufizm elementlərini əks etdirməsinə diqqət yetirmişəm. Axı o dövrün sənətkarları təkcə öz işlərinin ustası deyildilər, onların çoxu həm də həkim və şair idi. Onların əsərləri ruhlarının dərinliklərində doğulmuş və keçmişdə öyrəndikləri dərslərə əsaslanırdı.

Soruşursunuz ki, hansı xalçaya daha çox dəyər verirəm? Bu, valideyndən hansı uşağı daha çox sevdiyini soruşmaq kimidir. Hər bir valideyn cavab verməkdə çətinlik çəkəcək, çünki bütün uşaqlarını eyni dərəcədə sevir. Mənim xalçalarım da belədir.

Kolleksiyamda Tibet xalçaları, çox bəyəndiyim gözəl nümunələr var. XVI əsrə aid Çin xalçaları da var ki, onlar da xüsusi yer tutur. O dövrdə Çində də zəngin xalça mədəniyyəti mövcud idi, saraylar möhtəşəm məmulatlarla bəzədilirdi.

Bununla belə, mən həmişə hesab edirəm ki, insan, ilk növbədə, öz kökünə qayıtmalıdır. Ona görə də mən Azərbaycan xalçalarını daha çox toplamağa çalışırdım. Xalça ticarəti ilə məşğul olsam da, heç vaxt satışa çıxarmayacağım kolleksiyalarım var. Azərbaycan xalçalarının kolleksiyası da onlardan biridir.

- Xalçalar bir növ ünsiyyət dildir, koddur. Onları “oxumaq” üçün nə lazımdır?

- Xalçanı “oxumaq” üçün onun rəmziliyini başa düşmək lazımdır. Rəmzlər gizli mənaları açmaq üçün açardır, onların öyrənilməsi vaxt və diqqət tələb edir. Tədqiqat layihəmdə bu mövzu xüsusilə təhsil və tədqiqat hissəsində mərkəzi yer tutur. Bu bilikləri insanlara çatdırmaq lazımdır, çünki xalçalar tükənməz kəşf mənbəyidir. Hər dəfə kəşf ediləcək yeni bir şey var və onların bir çox sirləri açılmamış qalır.

Qeyd edim ki, xalçanı həmişə keçmişdən gələn məktub kimi qəbul etmişəm. Bunu başa düşmək üçün təfərrüatları araşdırmağı öyrənməlisiniz. Bu, xüsusilə köçəri xalqların xalçalarına aiddir. Onlar əsrarəngiz dəyişiklikləri göstərirlər: xalça bir naxışla başlayır və sonra qəfil dəyişir. Niyə? Ustad nə demək istəyirdi? Niyə birdən ilkin planı pozmağa qərar verdi?

Bu xalçalara diqqətlə baxsanız, naxışların necə bir-birinə qarışdığını, müxtəlif rəmzlərdən necə istifadə olunduğunu görərsiniz. Bəzən bordürlərin eni daralır, sonra genişlənir və daha sonra əvvəlki formasına qayıdır. Belə nüanslar təsadüfi deyil. Ustadın həmişə öz səbəbləri, gizli mənaları olub. O, xalçanı mükəmməl simmetrik edə bilərdi, lakin şüurlu şəkildə onu unikal edən elementləri əlavə edib, bir növ mesaja çevirib.

Hər bir xalça öz dövrünün sirlərini özündə saxlayan bir xəzinədir. Bunu başa düşmək üçün yalnız texnologiya və materiallar haqqında biliklərə malik olmaq deyil, həm də mədəniyyət, tarix və adət-ənənələri dərindən başa düşmək lazımdır. Xalçalar təkcə sənət əsərləri deyil, dinləmək istəyənlərə danışan ünsiyyət dilləridir.

- Fəaliyyətiniz çərçivəsində yeni layihələr planlaşdırırsınız?

- Azərbaycana sonuncu səfərim zamanı artıq təqdim etdiyim bir layihəm var. Mən türk xalqlarının əl sənətlərinin birləşdiriləcəyi bir akademiya yaratmaq istəyirəm. Bu, adət-ənənələrin qorunub saxlanılması, öyrənilməsi və təbliğinə yönəlmiş təhsil və tədqiqat mərkəzi olacaq. Buraya nadir sənət əsərlərinin nümayiş etdiriləcəyi muzey də daxil olacaq.

Arzum Azərbaycanı dünya xalçaçılıq mərkəzinə çevirməkdir. Burada dünyanın hər yerindən şedevrlər toplanacaq. Mən istəyirəm ki, xalçalar haqqında həqiqi bilik axtarışında olan insanlar buraya gəlsinlər, Azərbaycan xalçalarının gözəlliyindən həzz alsınlar, öz məhsullarını bərpa etsinlər, xalçaları üçün dəqiq bilik və sertifikatlar əldə etsinlər.

Əminəm ki, bu layihə mədəni irsin qorunmasında mühüm addım olmaqla yanaşı, həm də indiki və gələcək nəsillər üçün mühüm iqtisadi artım mənbəyi olacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri