Icma.az
close
up
RU
Komada olan direktorun oğlu: “Həkimlər 72 saat vaxt verib”

Komada olan direktorun oğlu: “Həkimlər 72 saat vaxt verib”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti kəskin ağırlaşıb. 

O, iki gündür Bakıdakı klinikalardan birində süni nəfəs aparatına qoşulub və komadadır. Ailəsi xəstəxanaya 5 min manat borc qaldığını bildirir. 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vaqif Vəliyevin oğlu Səbuhi Vaqifoğlu bildirib ki, həkimlər atasına 72 saatlıq kritik dövr üçün vaxt vermişdilər və bu müddət sabah səhər tamam olur: 

“Atam uzun müddət köklükdən əziyyət çəkirdi. Pəhriz saxladı və çox arıqladı. Ötən ildən isə şəkər xəstəliyi yarandı. Şəkərdən sonra daha çox arıqlama müşahidə olundu. Həkimlərin qısa və konkret rəyi belədir ki, 72 saat vaxt verilib və bu müddət sabah səhər tamam olur. Srağagündən komadadır. 72 saat vaxtın verilməsinin səbəbi isə ilk gündən yüksək dozada dərmanlarla təzyiqinin normallaşdırılması idi. 

Sonradan həmin dozanı azaldıblar. Bu, heç olmasa, 1 faiz də olsa, müsbət irəliləyiş hesab olunur. Yəni vəziyyətin stabil qalması irəliləyiş sayılır. Sabah ayıltmağa cəhd ediləcək. Çünki antibiotik də vurulub və onun təsiri, adətən, iki-üç günə özünü göstərir. Hazırda vəziyyəti kritik, ağır stabil olaraq qiymətləndirilir. Müalicələr davam edir”. 

Jurnalist əlavə edib ki, atası ənənəvi pəhriz saxlayırdı və dietoloqa müraciət etməmişdi: 

“Pəhriz məsələsinə gəlincə, o, sadəcə yeməyini azaldır, yağlı yeməklərdən və çörəkdən uzaq dururdu. Yəni ənənəvi pəhriz saxlayırdı, dietoloqa müraciət etməmişdi. Son dövrlərdə, ümumiyyətlə, iştahası itib, demək olar ki, heç nə yemirdi”. 

Səbuhi Vaqifoğlu atasının diaqnozu barədə məlumat verib: 

“Diaqnoz isə qızılı stafilokok, qanda infeksiyasıdır. Həkimlər bildiriblər ki, indiyə qədər ümumi bakteriyaların 70 faizini öldürən dərmanlar istifadə olunurdusa, indi artıq dəqiq diaqnoz qoyulduğu üçün məhz bu infeksiyaya qarşı müalicəyə başlayacaqlar. 

Bu baxımdan ümidverici danışırlar”. Səbuhi Vaqifoğlu xəstəxanaya yaranan borcun ödənilməsi üçün dəstək göstərənlərə təşəkkür edib.Qeyd edək ki, Vaqif Vəliyev 67 yaşındadır. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri