Icma.az
close
up
RU
Komanda artanda nə olacaq TƏHLİL

Komanda artanda nə olacaq TƏHLİL

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA İnkişaf Strategiyasının qəbulu, İK-də təsdiqi Azərbaycan futbolunda yeni mərhələnin startı deməkdir. Futbol ictimaiyyətinə təqdim olunandan və son təkliflərdən sonra qəbul edilən strategiyanın dəyişiklər baş veribsə, bu haqda yenidən ictimaiyyətə təqdim olunması yaxşı hal olar. Yəqin belə də olacaq.

Məsələn, yekun sənəddə konkret müddət göstərilib – 2025-28-ci illər. Strategiyanın həcminə, görüləcək işlərə baxanda bilinir ki, vaxt yoxdur. Günü sabahdan işə başlanılmalıdır və mütəmadi olaraq bununla bağlı ictimaiyyət məlumatlandırılmalıdır.

2. Premyer Liqada klub sayının artırılması iclasdan çıxan ən gözlənilməz və gözəl qərardır. Çünki mövsümün əvvəlində açıqlanmışdı ki, APL iştirakçılarında say artımı gözlənilmir.

Nəzərə alınmalıdır ki, l liqada ilk “3-lük”də bölgə klubları qərarlaşıb. Əsasnamə, formatla bağlı qərarlar açıq qalır. Aşağıdan gələn klublar Premyer liqaya hazırdırlarmı? Əsasən də infrastruktur, lisenziyalaşdırmada digər meyarlar üzrə…

Artıq indidən AFFA, PFL bu məsələni nəzarətə götürməli, ehtiyac olduqda kömək etməlidir. Elə olmasın ki, (“Qəbələ”ni çıxmaq şərtilə), elitaya yüksələcək komandalar “Araz Naxçıvan” kimi paytaxtda məskunlaşsın. Muxtar klubun da qarşısına yeni mövsüm üçün ciddi şərt qoyulmalıdır, komanda Naxçıvanda oynamalıdır.

Artıq azarkeşlər arasında ən çox sual doğuran məqamlardan biri, Premyer liqada 12 komanda olacaqsa, elitanı tərk edən olacaq, 3 komanda gələcək, yoxsa idman prinsipi pozulacaq, heç kim elitanı tərk etməyəcək..

Düzdü, idman prinsipinə uyğun bir komanda yerdəyişməsi olmalıdır. 12 komandalıq qərar verildikdən sonra, bu meyar gücdən düşmüş sayılır. Belədə ən optimal variant seçilməlidir.

– Bir komanda elitanı tərk edir, 3-ü Premyer Liqaya yüksəlir (burada da tələblər, infrastruktur məsələləri yenidən qabaracaq).
– Reqlament qorunur, bir komanda elitanı tərk edir, 2 komanda birbaşa APL-ə qalxır, elita sonuncusu ilə l liqa üçüncüsü arasında 12-ci yer uğrunda əlavə pley-off oyunları (neytral meydanda 1, səfər/ev olarsa-2 görüş) keçirilir.

Çünki dəyişikliyə görə, reqlament hər iki halda pozulmuş sayılır. Tək elita sonuncusu deyil, l liqada ikinci və üçüncü komandalar da imtiyaz qazanmış olur. Belədə ən optimal variant və vəziyyətə uyğun idman prinsiplərinin pozulmaması pley-off oyunlarıdır.

3. 12 komandanlıq çempionatda format dəyişikliyi zərurəti qaçılmazdır. Burada yüz ölçüb bir biçmək lazımdır. Ərazi, əhalisinə görə Azərbaycana uyğun Avropa ölkələri ilə müqayisələr aparılmalı, ölkə mühitinə uyğun ən optimal variant seçilməlidir.

Məsələn:

– Ümumiyyətlə, ən uyğun format 16 komandalıq çempionatın keçirilməsidir. Necə ki, Çexiyada belədir və klub futbolunda, sabitlikdə, reytinqdə çox irəli gediblər. Hazırda Azərbaycan futbolu buna hazır deyil.

Avstriyada 12 komandalıq çempionat keçirilir. 2 dövrədən sonra komandalar 2 altılığa bölünür və qazandıqları xallar yarıbayarı azaldılır.

Avstriya bu sistemlə klub futbolunda böyük sıçrayış edib, artıq ÇL-də 2 komanda ilə təmsil olunur (Ümumilikdə avrokuboklarda 5 yer-red.).

Altılıq sistemində 1-2-ci yerlər ÇL, 3-4 avrokuboklara vəsiqə, 5-ci yeri tutan komanda isə ikinci altılığın qalibi (7-ci yerlə) ilə sonuncu yer uğrunda pley-off oyunu keçirirlər. İlk altılığın 6 komandası kənarda qalır.

Liqanı da idman prinsipinə uyğun tərk edənlər. Bu format çempionatda davamlı rəqabəti təmin edər, komandaları tonusda saxlayar, azarkeşlərin marağına səbəb olar, ikinci altılıqda da rəqabəti qoruyub saxlayar.

Macarıstan, Danimarka kimi ölkələrdə də 12 komandalıq sistemdir. Bir qədər fərqli formatla keçirilir. 3 dövrəlik sistem olsa da, birində ilk dövrədən dərhal sonra altılıq sisteminə keçid edilir, digərində reqlament bir qədər fərqlənir.

Göründüyü kimi, 12 komandalıq çempionatda fərqli sistemlərdən istifadə edilir. Azərbaycan futboluna ən uyğunu seçilməli, ümumiyyətlə, strategiyada olduğu kimi, bu məsələ də ictimai müzakirəyə verilməlidir.

4. Qərarda natamamlıq hiss olunur. Premyer Liqada komanda sayı artırılırsa, qərar kompleks halda verilməli, l və ll liqalarla da bağlı müvafiq qərarlar qəbul edilməli idi. Növbəti İK-də bu boşluqlar mütləq aradan qaldırılmalıdır.

“FutbolPress”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Fevral 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri