Komissiya: Narkotik istifadəçilərinin İİV ə yoluxma sayında azalma müşahidə olunur
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.
Qeyd olunub ki, 2025-ci ilin iyul ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 35 (4,7%) nəfəri inyekson narkotik istifadəçiləri olub.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 291, QİÇS-lə Mübarizə Mərkəzində 336, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 763 xəstə müalicə alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 Avqust 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















