Icma.az
close
up
RU
Komitə sədri: Bələdiyyələr risk altında olan həssas ailələrin monitorinqini apara bilərlər

Komitə sədri: Bələdiyyələr risk altında olan həssas ailələrin monitorinqini apara bilərlər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 aprel, AZƏRTAC

Ailə cəmiyyətin təməl daşıdır. Bizim milli və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Cəmiyyətin sağlamlığının göstəricisi, gələcək nəsillərin formalaşdığı əsas sosial vahiddir. Lakin sürətlə dəyişən müasir dövrün çağırışları – urbanizasiya, sosial təcrid, iqtisadi çətinliklər, dəyərlər böhranı və informasiya təzyiqləri ailənin sabitliyinə və funksionallığına birbaşa təsir edir. Bu dəyişikliklər ailə modelinin özündə, münasibətlərdə və sosial dəstək ehtiyaclarında da özünü göstərir. Belə bir şəraitdə ailələrin yalnız mərkəzi deyil, yerli səviyyədə də sistemli şəkildə, onların yaşadığı icmalarda dəstəklənməsi aktuallıq kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfransda çıxış edərkən deyib.

Komitə sədri bu məsələdə bələdiyyələrin rolunun ön plana çıxdığını qeyd edərək bildirib ki, bələdiyyələr ailəyə ən yaxın idarəetmə strukturudur: "Bələdiyyələr ailələrin gündəlik ehtiyaclarını, sosial-iqtisadi vəziyyətini, yerli resursları və ictimai dinamikanı birbaşa müşahidə və idarə edə biləcək unikal imkanlara malikdir. Bələdiyyələr insanların, ailələrin, müxtəlif sosial qrupların həyatında mühüm rol oynaya bilər. 2023-cü ildə Dövlət Komitəsinin tövsiyəsi ilə bütün bələdiyyələrdə gender komissiyaları yaradılıb. "Ailə Akademiyası” adlı layihə 2017-2018-ci illərdə bələdiyyə orqanları ilə birgə həyata keçirilib. Layihə çərçivəsində 30 rayon və şəhərdə görüşlər və təlimlər olub. Bələdiyyələrin fəaliyyəti ilə bağlı mövcud qanunvericilikdə də dəyişikliklər edilib. Onlar iqtisadi imkanlarını formalaşdırmaq üçün vasitələr əldə ediblər. Bələdiyyələr gənc ailələrin dəstəklənməsi məsələsinə kömək edə bilərlər. Həmçinin risk altında olan həssas ailələrin monitorinqini apara, bunun səbəblərini araşdıra bilərlər".

B.Muradova qeyd edib ki, Dövlət İdarəçilik Akademiyası ölkədə dövlət və bələdiyyə idarəetməsi sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrindən biridir. "Akademiyada bu sahə üzrə bakalavr və magistr proqramları, dövlət və bələdiyyə qulluqçuları üçün ixtisasartırma kursları və ikinci təhsil imkanları mövcuddur. Akademiyanın elm-tədris potensialı, nəzəri-praktik bazası və formalaşdırdığı kadr ehtiyatı ailəyönümlü sosial təşəbbüslərin reallaşdırılması üçün olduqca mühüm intellektual imkanlar yaradır. Bələdiyyələr Assosiasiyasının yerli idarəetmədə koordinasiya imkanları birləşdirilərək çoxşaxəli və effektli fəaliyyət sahəsi yaradıla bilər. Bu baxımdan bu gün təsdiqlənəcək Əməkdaşlıq Protokolu, bu prosesə dəstək verəcək aktorların iştirakı ilə sosial cəhətdən daha dayanıqlı və güclü cəmiyyətin qurulmasına doğru atılmış növbəti praktik addım deməkdir. Əminəm ki, bu əməkdaşlıq sayəsində hazırlanacaq ailəyönümlü yeni bələdiyyə mexanizmləri icmalarda real təsir göstərəcək", -deyə Komitə sədri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri