Icma.az
close
up
RU
Komitədən daha bir ziddiyyətli məlumat Xankəndidəki otellərdə heç kim qalmayıb

Komitədən daha bir ziddiyyətli məlumat Xankəndidəki otellərdə heç kim qalmayıb

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bu ilin ilk 9 ayında insanlar Azərbaycandakı otel və otel tipli obyektlərdə 3 milyon 268 min 967 gecə keçiriblər.
Yeniavaz.com 
açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25% və ya 658 min 66 gecə çox olub.
Məlumatda bildirilir ki, otellərdəki gecələmələrin 45%-i və ya 1,5 milyon gecə Azərbaycan vətəndaşlarının, 55%-i və ya 1,8 milyon gecə isə əcnəbilərin payına düşüb.
Rəsmi məlumatda qeyd edilir ki, bu ilin ilk 9 ayında işğaldan azad olunan şəhər və rayonlardan yalnız Şuşadakı otellərdə gecələmə olub. Belə ki, Şuşa rayonundakı otellərdə insanlar ümumilkdə 19 min 595 gecə keçiriblər. Gecələmələrin 17 min 667-si Azərbaycan vətəndaşlarının, 1 928-i isə əcnəbilərin payına düşüb. Müqaysə üçün bildirək ki, ötən ilin eyni dövründə Şuşadakı otellərdə Azərbaycan vətəndaşları daha az (10 303), əcnəbilər isə daha çox (2 min 280) gecə keçiriblər.
Açıqlanan rəsmi statistika ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu il ərzində Xankəndi şəhərində bir neçə otelin istifadəyə verilməsinə baxmayaraq həmin otellərdə gecələmələrin olmadığı bildirilir.
Bu ilin iyulun 5-də Xankəndi şəhərində “Qarabağ” və “Palace” otellərinin açılışı olub. Hətta, sosial şəbəkələrdə və mətbuata yer alan məlumatlardan belə görünür ki, açılışdan sonra insanlar bu otellərdə gecələyiblər. Məsələn, bu ilin 21 iyul tarixində aralarında Mətbuat Şurasının sədri Rəşad Məcidin də olduğu bir qrup tanınmış media nümayəndəsi Xankəndi “Palace” otelində gecələdiklərinə dair məlumat paylaşıblar. Lakin, qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin məlumatında Xankəndi şəhərindəki otellərdə gecələmələrin olmadığı bildirilib.

Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri