Icma.az
close
up
RU
Kondisioner bu xəstəlikləri müalicə edirmiş bir şərtlə

Kondisioner bu xəstəlikləri müalicə edirmiş bir şərtlə

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Huri Özkan Yılmaz vurğulayır ki, kondisionerin əsas faydası - havanı sərinlətdiyi kimi rütubəti azaltmaqdır.

Milli.Az xəbər verir ki, bu, xroniki tənəffüs xəstəlikləri olan insanların nəfəs almasını yüngülləşdirir.

Belə optimal temperatur və rütubət balansı rahatlıq yaradır.

Xroniki tənəffüs xəstəliklərində rahatlığa səbəb olur

Yüksək temperatur və rütubət, KOAH, astma və bronx xəstəliklərin simptomlarını ağırlaşdırır. Düzgün tənzimlənmiş kondisoner bu simptomların yüngülləşməsində rol oynayır.

Əsas risk - qulluq edilməyən filtr və birbaşa hava axını

Həkim xəbərdarlıq edir: "Təmizlənməyən filtr zamanla bakteriya, göbələk və allergik mikroblar toplayır. Kondisioner işlədikdə bunlar havaya yayılır və infeksiya riskini artırır. Düzgün olmayan xidmət göstərən sistemlərdə bakteriyalar Legioner xəstəliyi yarada bilər".

Sağlamlıq naminə kondisioner istifadəsi üçün tövsiyələr

Otaq temperaturu: 23-26 °C arasında saxlanılmalıdır.

Rütubət səviyyəsi: 40-60 % arası ideal səviyyədir.

Hava axını: Birbaşa bədənə yönəlməməlidir.

Baxım və təmizlik: Filtrlər mütəmadi təmizlənməli, ildə ən azı bir dəfə mütəxəssisə nəzərdən keçirilməlidir.

Havalandırma: Müntəzəm olaraq təbii hava ilə əvəz edilməlidir.

Ani temperatur dəyişiklikləri: Otaq və çöl arasında böyük fərqlərdən qaçmaq vacibdir .

Kondisioner - düzgün istifadə ilə sağlamlığı qoruyur

"Əgər kondisioner düzgün və gigiyenik istifadə olunarsa, həm gün vurmasını əngəlləyir, həm də ciyərlərin rahatlığı üçün faydalıdır," - deyə həkim əlavə edir. O qeyd edir ki, digər elektrik cihazlar kimi, bu da nizamlı qulluq tələb edir .

Kondisionerin sağlam və effektiv işləməsi üçün atılmalı addımlar

1. Filtrlərin təmizliyi və dəyişdirilməsi

Filtri çıxarın, tozunu götürün və ya ilıq sabunlu su ilə yuyun. Tam quruyandan sonra geri yerləşdirin. Çox kirlənibsə, yeni filtr alınmalıdır.

2. Pərlərə qulluq.

Xarici və daxili pərləri yumşaq fırça ilə yuyun. Bəzi hallarda professional xidmət tələb olunur.

3. Suburaxan boruların yoxlanması.

Boruları təmiz su və ya incə çubuqla yoxlayın. Su axını normallaşdırılmalı, pis qoxunun qarşısı alınmalıdır.

4. Cihazın maye qazının səviyyəsinin yoxlanılması.

Texnik maye səviyyəsini yoxlayıb, azdırsa əlavə edilməlidir. Bu, enerji səmərəliliyini artırır və cihazın ömrünü uzadır.  /Lent.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyun 2025 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri