Konor Makqreqorun 18 aylıq diskvalifikasiyası başa çatıb
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Yüngül və yarımyüngül çəki keçmiş UFC çempionu Konor Makqreqor UFC antidopinq qaydalarını pozduğuna görə aldığı 18 aylıq diskvalifikasiya cəzası başa çatıb.
İdman.Biz bu barədə “Bloody Elbow”ya istinadən bildirir.
2024-cü ildə Makqreqor üç dopinq testindən keçə bilməyib və sonuncusu 20 sentyabrda keçirilməli idi. Həmin tarix Makqreqorun diskvalifikasiyasının başlanğıcı oldu və o, bunu sonradan etiraf etdi. Makqreqorun diskvalifikasiyası 20 martda başa çatıb. Buna görə də, Makqreqor artıq dünyanın ən güclü təşkilatında döyüşmək hüququna malikdir.
İrlandiyalı 2021-ci ilin iyul ayında UFC 264-də keçmiş UFC müvəqqəti yüngül çəki çempionu Dastin Poryeyə ilk raundda texniki nokautla (ayaq zədəsi) məğlub olduqdan bəri qarışıq döyüş sənətlərində döyüşməyib. Ümumilikdə, onun peşəkar rekordu 22 qələbə və altı məğlubiyyətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 21 Mart 2026 03:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















