Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində üsyançıların silahlı hücumu nəticəsində 11 mülki şəxs həlak olub.
APA xəbər verir ki, ölənlərin əksəriyyətinin qadın olduğu bildirilir.
Məlumata görə, “Konqonun İnkişafı Alyansı” (CODECO) adlı üsyançı qrup İturi əyalətinin Cüqu bölgəsindəki kəndlərdən birində mülki şəxslərə hücum edib. Hadisə nəticəsində çoxlu sayda insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Hücumdan sonra təxminən 100 mülki şəxs BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) bazasının ətrafına sığınıb. BMT sülhməramlıları mülki əhalini qorumaq və yeni hücumların qarşısını almaq məqsədilə ərazidə patrul xidmətini gücləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 11 Oktyabr 2026 04:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















