Konqresmen: İqlim problemlərini texnologiyalar vasitəsilə qalıq yanacaqdan imtina etmədən həll etmək olar
Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni texnologiyaların tətbiqi çirklənmə ilə mübarizə aparmağa və istixana qazı emissiyalarını azaltmağa kömək edir.
"Report" xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransında ABŞ konqresmeni Morqan Qriffit deyib.
O, ətraf mühitin çirklənməsi ilə mübarizə və emissiyaların tutulub saxlanması üçün yeni texnologiyaların öyrənilməsi və tətbiqinin vacibliyini qeyd edib.
"Düşünmürəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edəcək texnologiyaların inkişafına kifayət qədər diqqət yetiririk. Lakin ABŞ-də mükəmməl universitet tədqiqatları sistemi var. Məsələn, mənim dairəmdə Virciniya Texnologiya İnstitutu fəaliyyət göstərir ki, burada bir çox tədqiqatlar aparılır", - M.Qriffit qeyd edib.
Konqresmen vurğulayıb ki, texnologiyalar təbii ehtiyatlardan asılı olan regionların qalıq yanacaqdan istifadəsinə qadağa qoymadan uyğunlaşmağa imkan verir:
"Texnologiyalar vasitəsilə biz qalıq yanacaqdan tam imtina etmədən iqlimin çirklənməsi problemlərini həll edə bilərik".
M.Qriffit həmçinin bu texnologiyaların inkişafında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və daha təmiz planet yaratmaq üçün işləməyə hazır olduğunu bildirib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















