Konsert bazarının görünməyən tərəfləri Səddam Məhəmməd ilə MÜSAHİBƏ
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Günümüzdə böyük konsert və şouların arxa tərəfində görünməyən, lakin bütün prosesin ağırlığını çiyinlərində daşıyanlar məhz təşkilatçılardır. Səhnədə hər şeyin qüsursuz görünməsi, sənətçinin rahatlığı və minlərlə tamaşaçının məmnun ayrılması çox vaxt bu insanların düzgün qərarları sayəsində mümkün olur.
Metbuat.az konsert bazarındakı tələblər, sənətçilərin kaprizləri və pərdəarxası çətinlikləri daha yaxından öyrənmək üçün tədbir təşkilatçısı, marketinq və PR meneceri Səddam Məhəmməd ilə müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
Hər hansı konserti təşkil edərkən hansı nüanslara daha çox diqqət yetirirsiniz?
- Mənə görə, konsertin uğuru əsasən üç şeydən asılıdır: texniki tərəfin qüsursuz olması, sənətçinin özünü rahat hiss etməsi və tamaşaçıların məmnun qalması. Hər bir detal – işıqdan tutmuş səhnə quruluşuna qədər önəmlidir. Təhlükəsizlik və tədbirin axıcılığı da daim diqqət mərkəzindədir. Ümumiyyətlə, mən düşünürəm ki, konsertin əsas uğuru tamaşaçının razı qalmasıdır.
İndiyə qədər rastladığınız ən kaprizli ulduz kim olub və hansı kaprizləri yadınızda qalıb?
- Belə hallar olub, amma ad çəkmək istəməzdim, çünki bu, daha çox işin öz daxili mədəniyyətinə aiddir. Elə olur ki, bəzi sənətçilər səhnədəki hər xırda detalın istədikləri kimi olmasını istəyirlər. Eləsi də var ki, müəyyən içkilərin və yeməklərin xüsusi brendlərlə təmin olunmasını tələb edir. Əsas odur ki, hər şeyi sakit və peşəkar şəkildə həll edirik. Mənə elə gəlir ki, hər birimizin müəyyən kaprizləri var və olmalıdır da.
Hər hansı konserti təşkil edərkən hansı nüanslara daha çox diqqət yetirirsiniz?
- Konsert təşkil edərkən ən vacib nüanslar ifaçının populyarlığı, auditoriya tələbi, məkanın uyğunluğu və texniki təminatdır. Həmçinin tarix seçimi, rəqib tədbirlərin olub-olmaması və marketinq strategiyası da ciddi nəzərə alınır. Təhlükəsizlik və logistika məsələləri də prioritetlərimiz sırasındadır. Hər hansı ayda konsert çox olarsa, həmin tarixə əlavə tədbir salmaq təşkilatçı üçün ziyana səbəb ola bilər və belə hallar olur.

Bu gün kimlərin konsertlərinə daha çox tələbat var?
- Hazırda gənc nəsil ifaçılara və tanınmış pop ulduzlarına daha çox maraq var. Trend olan, sosial mediada aktiv və geniş fan bazası olan sənətçilərin konsertlərinə böyük tələbat müşahidə edirik. İndi konsertlərin əsas auditoriyası gənclərdir. Düzdür, köhnə və korifey müğənnilərin də öz fanatları az deyil. Hər bir halda proqram fanatların seçiminə əsasən formalaşdırılır.
Biletlər satılmadıqda nə edirsiniz? Zərəri kim ödəyir?
- Əgər bilet satışında problem yaranarsa, xüsusi marketinq strategiyaları tətbiq edirik, əlavə təşviqat üçün media və sosial şəbəkələrdə intensiv iş aparırıq. Məqsəd odur ki, zərər yaranmasın. Burada təşkilatçının və komandanın peşəkarlığı mühüm rol oynayır - həm biletlərin yaxşı satılması, həm də tədbirin uğurla yekunlaşması üçün. Bəzi hallarda sənətçi ilə müqavilədə risklərin bölüşdürülməsi ilə bağlı şərtlər də olur, məsələn, fors-major halında ləğv edilmə və ya tarix dəyişmə kimi.
Niyə daha çox türk ifaçılara üstünlük verirsiniz? Hansı ki, Özbəkistanın və Rusiyanın da məşhur ifaçıları var.
- Türk ifaçıların Azərbaycan bazarında çox güclü auditoriyası var. Onların musiqisi və dili bizim mədəniyyətimizə daha yaxın olduğu üçün daha böyük maraqla qarşılanır. Əlbəttə, Özbəkistan, Rusiya və digər ölkələrdən ifaçı dəvət etməyi də düşünürük, amma bazarın əsas tələbi türk sənətçilərinə yönəlir. Biz hər zaman tamaşaçı marağını və layihənin iqtisadi effektivliyini nəzərə alaraq qərar veririk.
Konsertlərdə bəzən bilet qiymətlərinin yüksək olmasından müştərilər narazılıq edir. Buna nə cavab verə bilərsiniz?
- Bilet qiymətləri bir çox amil əsasında formalaşır: ifaçının qonorarı, səhnə və texniki təminatın xərcləri, məkanın icarəsi, reklam və marketinq büdcəsi və digər təşkilati məsrəflər. Biz çalışırıq ki, həm tədbirin keyfiyyəti yüksək olsun, həm də tamaşaçılar üçün münasib qiymətlər təklif edək. Əgər konsert yüksək səviyyəli şou və böyük texniki təminat tələb edirsə, bu, təbii ki, qiymətlərə təsir göstərir. Bununla belə, müxtəlif kateqoriyalarda – fərqli qiymət aralıqlarında – biletlər təqdim edirik ki, hər kəs imkanına uyğun seçim etsin. Məsələn, ön sıralar daha baha olur, bu da bir növ VIP xidmət sayılır, amma arxa sıralar daha münasib qiymətə təklif edilir.

İstənilən sənətçini ölkəyə gətirmək mümkündürmü?
- Əlbəttə, mümkündür. Sadəcə hər sənətçinin tələbləri, qrafiki və büdcəsi fərqlidir və bütün bunlara hazır olmaq lazımdır. Məsələn, elə müğənnilər var ki, özləri səhnəyə çıxmamağı qərarlaşdırdıqları üçün artıq konsert vermirlər. Amma doğru planlama, düzgün danışıqlar və peşəkar təşkilatçılıq olduğu halda, demək olar ki, istənilən sənətçini ölkəyə dəvət etmək mümkündür. Əsas məsələ həmin sənətçiyə real tələbatın olmasıdır.
Bugünə qədər ən bahalı qiymətə konsert verən müğənni kim olub?
- Sənətçilərin qonorarları kommersiya sirri olduğu üçün ad və rəqəmləri açıqlamaq doğru olmaz. Bu, sənətçi və təşkilatçı arasında olan bir məsələdir. Bizim üçün əsas prioritet məbləğ deyil – layihənin keyfiyyəti, tamaşaçı məmnuniyyəti və sənətçiyə rahat çıxış şəraitinin yaradılmasıdır. Hər konsertdə əsas məqsəd yüksək standartları qorumaq və tamaşaçıları məmnun şəkildə yola salmaqdır.
Təşkil etdiyiniz konsertlərdən ən maraqlı və unudulmaz hadisə hansı olub?
- Təşkilatçılıq ən çətin işlərdən biridir, çünki əylənməyə gələn tamaşaçı neqativ yaşamamalıdır. İnsanlar onsuz da gündəlik problemlərdən uzaqlaşmaq üçün konsertə gəlirlər. Buna görə maksimum diqqətli olmaq vacibdir. Təşkilatçılıq prosesində o qədər hadisə və xatirə yaşanır ki... Bəzən emosional anlar, bəzən texniki çətinliklər, bəzən isə sənətçinin tamaşaçı ilə qurduğu xüsusi münasibət insanın yaddaşında dərin iz buraxır. Deyərdim ki, bu işin ən gözəl tərəfi də budur: hər konsert yeni bir təcrübə, yeni bir xatirə, yeni bir həyəcan deməkdir.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Noyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















