Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsi əmlakın müsadirəsi ilə bağlı yeni qərar qəbul edib

Konstitusiya Məhkəməsi əmlakın müsadirəsi ilə bağlı yeni qərar qəbul edib

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi” müddəası hazırlanan cinayətdə alət və vasitələr kimi istifadə edilməsi nəzərdə tutulan əşyaları da əhatə edir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəası həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlaka aid edilməyən cinayət törətmiş şəxsə məxsus olan hər hansı əmlakı nəzərdə tutur.
Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” müddəası məhkəmənin yekun qərarı ilə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönələn, həmçinin cinayətin törədilməsindən əvvəl və ya törədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus olan istənilən əmlakı ehtiva edir.
Cinayət Məcəlləsinin 15-1-ci fəslinin, eləcə də Cinayət-Prosessual Məcəlləsinin 41.1-1, 346 və 353-cü maddələrinin tələblərindən irəli gələrək əmlakın xüsusi müsadirəsi ilə yanaşı, cinayət nəticəsində onun qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi məsələləri məhkəmənin yekun qərarı ilə həll edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 May 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see290

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see176

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see156

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see150

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see143

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see139

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see129

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see126

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see123

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri