Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsində Rafael Qvaladzenin səlahiyyətinin başa çatması və Xanlar Vəliyevin təqdimatı ilə bağlı tədbir keçirilib

Konstitusiya Məhkəməsində Rafael Qvaladzenin səlahiyyətinin başa çatması və Xanlar Vəliyevin təqdimatı ilə bağlı tədbir keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Aprelin 14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında ölkəmizdə hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığını, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində atılan mühüm addımları xüsusilə qeyd edib.

Fərhad Abdullayev çıxışında Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini vurğuladı.

Sədr Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi.

Rafael Qvaladze dövlət başçısı İlham Əliyevə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə dərin minnətdarlığını bildirdi.

Daha sonra sədr yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək bu təyinatın rəhbərlik etdiyi qurum üçün önəmini vurğulayıb və Xanlar Vəliyevi təbrik edərək ona gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.

Sədr Fərhad Abdullayev Xanlar Vəliyevin keçdiyi yola nəzər salaraq qeyd etmişdir ki, o hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə həyata keçirdiyi fəaliyyəti ilə daim yüksək peşəkarlıq göstərmiş, milli dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında, ədalətin bərqərar olunması naminə görülən işlərdə hər zaman prinsipiallıq nümayiş etdirmişdir. Həmçinin Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi kimi yüksək və məsuliyyətli vəzifədə də öz bilik və bacarığını dövlətçiliyimizin, konstitusional hüququn və insan hüquq və azadlıqlarının müdafiəsinə yönəldəcəyinə, Konstitusiya Məhkəməsinin fəaliyyətinə dəyərli töhfələr verəcəyinə əminliyi ifadə edib.

Sonda Xanlar Vəliyev ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri