Icma.az
close
up
RU
XANLAR VƏLİYEV KİMİ ƏVƏZ EDƏCƏK? Konstitusiya Məhkəməsində yaş senzini pozan hakimləri

XANLAR VƏLİYEV KİMİ ƏVƏZ EDƏCƏK? Konstitusiya Məhkəməsində yaş senzini pozan hakimləri

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səlahiyyət müddətini bitdiyinə görə Azərbaycanın Hərbi prokuroru vəzifəsindən azad edilən Xanlar Vəliyev Konstitusiya Məhəkəməsinin (KM) hakimi təyin olunacaq. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, 70 yaşlı X.Vəliyev 2005-ci ildən Azərbaycan Baş prokurorunun müavini, Hərbi prokuroru vəzifəsini tutub. İki gün əvvəl isə Azərbaycanda Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qədər artırılıb. Bu barədə Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun imzalayıb. Qanuna görə, KM-nin 75 yaşına çatmış hakimi yeni hakim təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Xatırladaq ki, ötən il 2000-2024-cü illərdə Ədliyyə naziri vəzifəsini tutmuş Fikrət Məmmədov da KM-nin hakimi təyin olunub, o da 70 yaşındadır. Konstitusiyanın 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini Prezident tərəfindən təyin edilir. 2003-cü il 23 iyul tarixindən - 22 ildir KM sədri vəzifəsini 67 yaşlı Fərhad Abdullayev tutur. Onun müavini 2010 cu ildən KM hakimi təyin olunmuş 69 yaşlı Sona Salmanovadır. Onunla birlikdə məhkəmənin 8 hakimi var: Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rəfael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyev.

Qeyd edək ki, hakimlər içərisində ən yaşlısı Rəfael Qvaladzedir, hazırda onun 77 yaşı var. O, hətta prezident tərəfindən hakimlərin yaş həddi dəyişdirildikdən sonra da, qanuna görə, hakim vəzifəsini tuta bilməz. Onun 70 yaş senzini pozaraq hakim kimi qalması təəccüb doğurur. 

Eyni vəziyyət İsa Nəcəfova da aiddir. 1952-ci il təvəllüdlü, 73 yaşlı hakim 2002-ci ildən KM-nin üzvüdür. O da iki gün əvvələ qədər mövcud olmuş yaş senzini 3 il aşıb. Qanuna dəyişiklikdən sonra onun daha 2 il bu vəzifəni tutmaq səlahiyyəti var.

KM-nin yeni hakimi olacaq Xanlar Vəliyevin isə qarşıda hələ 5 ili var, keçmiş nazir Fikrət Məmmədov da eyni müddətdə onunla birlikdə KM hakimi olaraq çalışa bilər.

Gözlənilir ki, 77 yaşlı Qvaladze KM hakimi postu ilə vidalaşsın, Xanlar Vəliyev isə onu əvəz edəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri